•        RSS
  •        Arxiv
  •         Səsli xəbər
  •       Əlaqə
  • Dil seçimi: AZRU Sosial şəbəkə:        
    QAYNAR XƏTT: 050 238-00-60
    RUR : 0.0204
    USD : 0.7844
    EUR : 1.0089
    Əsr :17:35
    Məğrib :19:58
    İşa :21:16
    Səhvi göstər
    Mətn
    Bizimlə əlaqə
    Kateqoriya şefi
    siyaset@anspress.ws
    ANSPRESS-in əsas telefonları
    +994(12) 510-40-23
    +994(12) 510-42-59
    Saytda məqaləni yerləşdirə bilərsiz
    meqale@anspress.com
    Saytda reklam yerləşdirmək üçün
    reklam@anspress.ws
    26.06.2011 01:04

    Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 il ötür

    26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul edib

    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 93 il ötür. Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.

    Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilib. Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları, gənc yaşlarından əsgər getmiş hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli Düdənginski kimi bacarıqlı hərbçiləri olub.

    Güclü hərb ənənəsi olsa da, ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi.

    Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

    Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
    Mənbə
    ANS PRESS


    • Bölmədən digər xəbərlər

    Prezident görüş keçirdi

    İlham Əliyev ABŞ Dövlət Departamentinin rəsmisini qəbul eddib

    2014-09-20

    İlham Əliyev 2 həmkarını təbrik etdi

    Dövlət başçısı Malta və Mali prezidentlərinə təbrik məktubu göndərib

    2014-09-20

    Prezidentin səfəri başa çatdı

    Rosen Plevneliev energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola salıblar

    2014-09-20

    Prezident Lordu qəbul etdi

    Görüşdə Azərbaycanla Böyük Britaniya Krallığı arasında münasibətlərdən danışılıb

    2014-09-20

    Sabunçuda dövlət qurumundan gülünc səhv (VİDEO)

    Rayonda yaşayan ev ünvanı səhv verilib

    2014-09-20

    Zakir Həsənov səfirlə görüşdü (FOTO)

    Müdafiə naziri Litvanın səfiri Valdas Lastauskası qəbul edib

    2014-09-20

    Azərbaycanda yeni qanun hazırlanır (VİDEO)

    Qanun informasiya təhlükəsizliyi haqqında olacaq

    2014-09-20

    Davudoğlu ölkəmizdən yazdı (FOTO)

    "Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”

    2014-09-20

    Milli Qəhrəmanın adını daşıyan gəmi Azərbaycanda (VİDEO)

    Bir vaxtlar Mübariz İbrahimov torpağın üzərində gəzirdi, indi isə o dənizdə üzür

    2014-09-20

    Bakıda dövlət və hökumət başçıları bir stol arxasında

    Prezident İlham Əliyevin adından Şam yeməyi verilib

    2014-09-20

    Azərbaycan XİN erməni nazirin cavabını verdi

    “Nalbandyan Şotlandiyadakı referendumdan danışarkən vacib məqamları unudub”

    2014-09-19

    İlham Əliyev baş nazirlə görüşdü

    Görüşdə ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb

    2014-09-19

    "Azərbaycanın simasında Avropa etibarlı dost qazanıb"

    Bolqarıstan prezidenti Rosen Plevneliev Bakıda bəyanatla çıxış edib

    2014-09-19

    İlham Əliyev bəyanat verdi (FOTO)

    "Biz “Cənub” qaz dəhlizi layihəsinə sadiqik və şübhə etmirəm..."

    2014-09-19

    XİN-də yeni təyinat

    Hikmət Hacıyev nazirliyin mətbuat xidməti vəzifəsinə təyin edilib

    2014-09-19

    Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib (SİYAHI)

    Prezident İlham Əliyev Sumqayıt şəhəri ilə bağlı sərəncamlar imzalayıb

    2014-09-19

    Neftçilər təltif edildi (Siyahı)

    Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

    2014-09-19

    Əflatun Amaşov “sarı kart”lardan danışdı

    "Jurnalistlərin işlədiyi media orqanlarında əmək müqaviləsi bağlanmır"

    2014-09-19

    Zakir Qaralov Zaqatalada vətəndaşları qəbul etdi

    Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb

    2014-09-19

    Prezident Bakıda (FOTO)

    Qonağı energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıb

    2014-09-19

    11 müəssisə cərimələnib (VİDEO)

    “Təhlükəsiz iş həfətsi” Bakıdan əlavə Mingəçevir və Gəncə də keçiriləcək

    2014-09-19

    Davudoğlu Bakı Türk Anadolu Liseyində (FOTO)

    Baş nazir Türkiyə təhsil naziri ilə birgə liseyə baş çəkib

    2014-09-19

    Yüzlərlə tarixi abidə aşkarlandı (VİDEO)

    Tədqiqatlar zamanı yüzlərlə abidələr aşkar edilib

    2014-09-19

    İlham Əliyev: “Biz torpaqlarımızı qaytaracağıq”

    Ermənistanın qeyri-konstruktivliyi nəticəsində Dağlıq Qarabağ münaqişəsi həlini tapmır

    2014-09-19

    Əsrin layihəsinə start verdik

    İlham Əliyev Türkiyə ilə qurulan iqtisadi əlaqələrdən danışıb

    2014-09-19

    Sükan arxasında telefonla danışan avtobus sürücüləri (VİDEO)

    Kadrlar "Xəbər sizsiniz" verilişində yayımlanıb

    2014-09-19

    Geniştərkibli görüş keçirildi

    Heyətlər arasında görüş mətbuat konfransından sonra baş tutub

    2014-09-19

    Vaxtı keçmiş məhsulları satan mağaza satıcısı saxlanıldı (VİDEO)

    Faktla bağlı toplanmış materiallar DİN istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir

    2014-09-19

    Davudoğlu və xanımı Bakını seyr etdi (FOTO)

    Baş nazir və xanımı Xəzər dənizi fonunda foto çəkdirib

    2014-09-19

    "Azərbaycan bir eşqdir"

    Türkiyənin baş naziri İlham Əliyevlə birgə mətbuat konfransı keçirib

    2014-09-19

    Quba sakinindən insanlıq dərsi (VİDEO)

    Fərhad Vəliyev hər gün evinin qarşısında balaca stulda qəlyanaltı süfrəsi açır

    2014-09-19

    Bakıda "Dinozavr şou" (VİDEO)

    Sərgiyə qrup şəklində gələnlər 5 manat ödəməlidirlər

    2014-09-19

    Davudoğlu Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət etdi (FOTO, VİDEO)

    Türkiyənin Baş nazirinin sentyabrın 19-da Azərbaycana səfəri başlayıb

    2014-09-19

    Davudoğlu Bakıdadır (FOTO)

    Türkiyənin Baş naziri Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib

    2014-09-19

    Ermənilərin baş separatçısı qəzaya düşdü

    Qəza nəticəsində bir nəfər ölüb, biri isə ağır yaralanıb

    2014-09-19

    XƏBƏR LENTİ
    20.09.2014