•        RSS
  •        Arxiv
  •         Səsli xəbər
  •       Əlaqə
  • Dil seçimi: AZRU Sosial şəbəkə:        
    QAYNAR XƏTT: 050 238-00-60
    RUR : 0.0175
    USD : 0.7844
    EUR : 0.9745
    Əsr :15:21
    Məğrib :17:33
    İşa :18:53
    Səhvi göstər
    Mətn
    Bizimlə əlaqə
    Kateqoriya şefi
    heyatterzi@anspress.ws
    ANSPRESS-in əsas telefonları
    +994(12) 510-40-23
    +994(12) 510-42-59
    Saytda məqaləni yerləşdirə bilərsiz
    meqale@anspress.com
    Saytda reklam yerləşdirmək üçün
    reklam@anspress.ws
    26.08.2011 16:17

    İş axtarıram!

    İşə düzəltmə agentliyinə yolunuz düşübmü?

    Bu sahənin araşdırılmasına marağım metroda bir gəncin mənə verdiyi reklam kartından sonra oldu. Demək olar ki, hər gün paytaxt sakinlərinə küçədə, metroda belə kartlar verilir. İlk baxışdan bu kart çox cəlbedici gəlir, çünki orada olan vakansiyalara görə təklif edilən əmək haqqlarını görəndən sonra insan yerində dinc dayana bilmir. Məsələn, bank işi 600-1200 manat, müsahibat 500 man, katibə 200-250 man, tərcüməçi 500-1000 man, marketoloq 1000 manat və s peşə çox, maaşları isə onlardan da çox.

    Mənə çox maraqlı gəldi, lakin fikir verdim ki, reklam kartının üzərində müraciət edəcəyim ünvan yoxdur, kartı paylayan oğlan isə artıq yox idi...

    Lakin təəssüf etməyə dəyməz, bu cür reklamlara metro, küçə və internetdə çox rast gəlmək mümkündür. Elə internetə daxil olub, işə düzəltmə agentlikləri ilə tanış olmaq qərarına gəldim. İş axtranlar yaxşı bilərlər ki, internetdə külli miqdarda belə agentliklərin ünvanını tapa bilərlər. Amma maraqlısı odur ki, təxminən 15 agentlikdən 10-nun mövcud olmadığı məlum oldu. Belə ki, əldə etdiyim telefon nömrələrinə zəng etdim, lakin operator artıq bu nömrələrin işləmədiyini bildirdi.

    Ən nəhayət axtarışlarım nəticə verdi... İşə düzəltmə agentliklərindən birinin telefon nömrəsinə zəng elədim və şərtlərini öyrəndim. İlk növbədə yaşımı, təhsilimi, hansı peşədə işləmək istədiyimi söylədim. Bildirildi ki, yay mövsümü olduğundan nisbətən prestijli vakansiya tapmağım mümkün deyildi. Lakin sentyabrın 1-dən etibarən dövlət və özəl müəssisələrdə münasib iş tapmağın mümkün olduğunu söylədilər.

    Telefona cavab verən qadın gələrkən şəxsiyyət vəsiqəsi və 3 manat pul gətirməli olduğumu söylədi. Yollandım həmin ünvana, darvazadan içəri daxil olan heç vaxt ağlına gətirə bilməz ki, bura işə düzəltmə agentliyidir. Bir təhər ofislərinin yerləşdiyi mənzili tapa bildim. Tanış oldum və tərcüməçi vakansiyası ilə maraqlandım, amma bildirdilər ki, indi belə vakansiyaları yoxdur, katibə və ya oteldə reseption vakansiyası təklif etdilər: “Sizə Şıxovda yerləşən ən tanınmış və yaxşı oteldə reseption vəzifəsini təklif edə bilərik. Lakin sentyabrın 1-dən etibarən biz banklar və bir sıra dövlət müəssisələri ilə işə başlayacağıq. İstəsəniz gözləyə bilərsiniz”.

    Bu tanınmış otelin adını öyrənmək istədim, lakin mənə ünvanı gizli saxladıqlarını, ancaq müqavilə imzaladıqdan sonra onun adını deyəcəklərini bildirdilər.

    Şərtlərə görə, həmin iş yeri ilə razılaşıramsa, ilk qazancımın 50-faizini işə düzəltmə agentliyinə verməliyəm, üstəlik şəxsiyyət vəsiqəmi girov qoymalıyam.

    Məsələ ilə bağlı Dövlət Məşğulluq İdarəsi ilə əlaqə saxladım. Bu cür agentliklərin fəaliyyətinə hansı qurumun nəzarət etdiyini öyrənməyə çalışdım. İdarədən bildirdilər ki, 2002-ci ildə özəl işədüzəltmə bürolarının lisenziyaları ləğv edilib: “2001-ci ildə təxminən 80-dən çox lisenziya növü ləğv olundu. Hazırda onlara nəzarət yoxdur. Hüquq pozuntusuna yol verildikdə bu məsələ məhkəmə ilə həll olunur”.

    Hüquqşünas Ramil Qaçayev da özəl işədüzəltmə bürolarının lisenziyalarınən ləğv edildiyini təsdiq etdi.

    Digər bir məsələ- həmin agentliklərdə vətəndaşlardan şəxsiyyət vəsiqələrinin alınmasına gəlincə hüquqşünas bildirdi ki, bu, tamamilə qanunsuz bir fəaliyyətdir: “Vətəndaşdan şəxsiyyət vəsiqəsini almaq qadağandır, bu, qanun pozuntusudur”.

    Onun sözlərinə görə, məlumat toplamaq üçün şəxsiyyət vəsiqəsinin sürətini çıxarmaq olar, lakin vəsiqəni vətəndaşdan alaraq saxlamaq qanunla ciddi şəkildə qadağan edilir.

    Bakı sakini olan 22 yaşlı Xumar da bir neçə belə işədüzəltmə bürolarına müraciət etdiyini deyir. Xumarın sözlərində görə ona da əvvəlcə yaxşı işlər təklif olunub. 3 manat verib müqavilə imzaladıqdan sonra təklif edilən iş yerlərinin heç biri münasib çıxmayıb.

    Sonda belə qərara gəldim ki, belə iş elanlarına əvvəlki kimi marağın olmaması elə hər şeydən xəbər verir. Deyəsən, elə hər şey 3 manatın başındadır.
    Mənbə
    ANS PRESS


    • Bölmədən digər xəbərlər

    Dəmir adamın möhtəşəm villası (FOTO)

    Villa 25 milyon dollara satılır

    2014-11-26

    Lavaşın erməniləşdirilməsinin qarşısı alındı

    YUNESKO ermənilərin lavaşın eksklüziv erməni çörəyi olması iddiasını qətiyyətlə qınayıb

    2014-11-26

    Facebook bundan imtina edəcək

    Şirkət mobil tətbiqdən ayırdığı Messenger-i təkrar tətbiqin içinə daxil etməyi planlaşdırır

    2014-11-26

    Azərbaycanın ən uzun və ən balaca adamı (VİDEO)

    Boyları arasında fərq olmasına baxmayaraq onlar dostluq edirlər

    2014-11-26

    Xoruz itə hücum etdi (VİDEO)

    Video böyük marağa səbəb olub

    2014-11-26

    Bu gün Bakı rəngarəng olacaq

    Qız Qalasında təxirə salınan işıq şou gerçəkləşəcək

    2014-11-26

    4-cü mərtəbədən atılan körpə ölmədi

    Qızcığazın sərxoş anası və ya bacısı tərəfindən atıldığı ehtimal edilir

    2014-11-26

    Sərnişinlər təyyarəni itələdi (FOTO, VİDEO)

    Rusiyada qeyri-adi hadisə baş verib

    2014-11-26

    ANS-də məzəli anlar (VİDEO)

    Tanınmış aparıcılar başlarına gələn maraqlı anlardan danışdı

    2014-11-26

    “Salam Azərbaycan”ın görünməyən tərəfləri (VİDEO)

    ANS-in informasiya gününə start verən veriliş

    2014-11-26

    Parol dövrünə son

    Bu imkan bütün veb saytlarda tətbiq ediləcək

    2014-11-26

    Dünyanın ən böyük “selfie”si (FOTO)

    Qrup "selfi"sində 1151 hindli iştirak edib

    2014-11-26

    Bu qızla şəkil çəkdirmək olmur (FOTO)

    Onunla şəkil çəkdirəndə əsəbiləşir

    2014-11-26

    Obamadan sevgi etirafı: “Onu sevdiyimi əri də bilir” (VİDEO)

    "Meril Stripi sevirəm. Əri də onu sevdiyimi bilir, Mişel də."

    2014-11-26

    Bakıda yağış yağacaq

    Dağlarda havanın temperaturu mənfi 10 dərəcəyə çatacaq

    2014-11-26

    Bu gün bizi nə gözləyir?

    Qayğıkeş davranın, məsləhətlərə qulaq asın

    2014-11-26

    Peris Hiltonun yeni fotosessiyası

    Bir pələng balası Hiltonun qucağında yatıb

    2014-11-26

    Şabranda vəhşi çöl pişiyi tutuldu (VİDEO, FOTO)

    Vəhşi heyvan Xızının Altıağac kəndindəki vəhşi təbiətin bərpası mərkəzinə təhvil verilib

    2014-11-25

    Elf geyimli yüzlərlə adam rekord həvəsində (VİDEO)

    Rekord cəhdində elf kostyumunda olan 1762 nəfər iştirak edib

    2014-11-25

    Möcuzəli kiçik şəhərlər (FOTO)

    Onlar nağıllardakı illüstrasiyalar kimi gözəl görünürlər

    2014-11-25

    Kanal D tarixində ilk

    Kanal xəbərlərin vaxtını yarışmaya verdi

    2014-11-25

    "Kitayski" "Range Rover" (FOTO)

    Bu maşın bənzərindən 3 dəfə ucuzdur

    2014-11-25

    Hava ilə bağlı xəbərdarlıq

    2 gün ərzində soyuq, yağıntılı hava şəraiti davam edəcək

    2014-11-25

    Robototexnika üzrə beynəlxalq olimpiada keçirilib

    Beynəlxalq olimpiada Soçidə baş tutub

    2014-11-25

    830 metr yüksəklikdə “selfie” (VİDEO)

    Britaniyalı fotoqraf planetin ən hündür binasında – “Bürc Xəlifə”də “selfie” çəkib

    2014-11-25

    Soyuq hava davam edəcək

    Soyuq hava meteohəssas insanlarda narahatlıq yarada bilər

    2014-11-25

    2 milyon adamın işi asanlaşdı

    İndoneziyada “Facebook” ilə pulköçürmələri xidməti istifadəyə verilib

    2014-11-25

    Bu gün bizi nə gözləyir?

    Ətrafınızdakı insanlarla dil tapmağa çalışın

    2014-11-25

    UNESKO-nun sessiyası işə başladı

    Sessiyada ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin şöbə müdiri Vasif Eyvazzadə təmsil edir

    2014-11-24

    Sahiblərinə fəlakət gətirən daş (FOTO)

    Tarixdə lənətli ad alan faktlar

    2014-11-24

    Putin qızlarından danışdı

    Rusiya prezidenti: "Qızlarımı ayda bir və ya iki dəfə görürəm"

    2014-11-24

    Azərbaycanlı Acun IlıcaIını şok etdi (VİDEO)

    Elxan Məmmədov 4 bəli alıb

    2014-11-24

    Bilirsinizmi?

    Hər il 2 milyon gənc qız sünnət edilir

    2014-11-24

    Azərbaycanlı deputatın toy fotosu

    Aydın Mirzəzafə ailə qurmasının yubileyini qeyd edir

    2014-11-24

    Günün fotosu: Hinduşkalar Bakıda (FOTO)

    Bu görüntüləri ANS PRESS-ə oxucularımızdan biri göndərib

    2014-11-24

    XƏBƏR LENTİ
    26.11.2014