Az Ru

Azərbaycan Prezidenti Şamaxı Astrofizika Rəsədxanasında olub

Dövlət başçısına rəsədxanada aparılan yenidənqurma işləri barədə məlumat verilib

14.09.2011 02:16
Kateqoriya: Azərbaycan
"AzərTAc"
Baxılıb: 1782

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə tanış olub. Ona məlumat verilib ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb, 1960-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşməklə dünyanın bir sıra rəsədxanalarını qabaqlayır. Rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.

Qeyd olunub ki, Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən Azərbaycan Prezidenti İlham Əliyev rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı sərəncam və tapşırıqlar verib. Dövlət başçısının 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan 8 milyon manat vəsait ayrılıb.

Rəsədxananın inzibati binasında yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, əsaslı yenidənqurma nəticəsində əraziyə Qırxbulaq mənbəyindən 6,5 kilometr uzunluğunda yeni su xətti, Çuxuryurd-rəsədxana əsas qaz kəməri çəkilib, yerüstü elektrik xətti tam yenilənib. İnzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, rəsədxana AMEA tərəfindən təsdiq olunan elmi proqram əsasında fəaliyyət göstərir. Bu proqram dünya elminin ən qabaqcıl istiqamətləri ilə uzlaşdırılıb. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

Dövlət başçısı rəsədxananın muzeyi ilə tanış olub. Muzeydə müxtəlif dövrlərdə həyata keçirilən elmi tədqiqatların nəticələri əks olunub. Muzeyin ən qiymətli eksponatı 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşən, tərkibi 92 faiz dəmirdən olan 127 kiloqramlıq meteoritdir. Rəsədxananın akt zalında da elmi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Növbəti mərhələdə rəsədxananın maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni avadanlıqla təminatı məsələsi diqqət mərkəzində olacaq.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, burada Günəş fizikası sahəsində tədqiqatlar aparılıb, yüksək elmi nəticələr əldə olunub. Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluşu ilə bağlı aparılan tədqiqatlarla yanaşı, ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar da öyrənilib.

Prezident İlham Əliyev rəsədxana kompleksinin Yusif Məmmədəliyev adına yaşayış qəsəbəsində aparılan tikinti və yenidənqurma işləri ilə də tanış olub. Bildirilib ki, burada rəsədxanada çalışan elmi heyətin və onların ailələrinin yaşaması üçün yüksək infrastruktura malik şərait yaradılıb. Əməkdaşlar üçün 72 mənzildən ibarət beşmərtəbəli iki yaşayış binası inşa olunub. Kompleksə poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər də daxildir.
Xəbər lenti

"The Beatles"in gitarası 408 min dollara satıldı

Tiflisdə Azərbaycanın və Gürcüstanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

Gün ərzində 4 saat oturanların həyatı təhlükədədir

Bakıda altı gün yollar bağlı olacaq

Natəvanla Beyonsu nə bağlayır? (VİDEO)

Robert Pattinson yenə xəyanətə uğradı

Gəlinin başına oyun açdılar (VİDEO)

Gürcüstanın sabiq baş naziri həbsxanaya göndərildi

“Lənkəran xanının vəziri” Stokholmda

“Bakutel-2013” sərgisinin vaxtı dəyişdirilib

"Boston terrorçusu" öldürüldü

Bir kitaba 150 min sterlinq verdilər

Möhtəşəm “Qalatasaray” - “Fənərbağça” derbisi olacaq

Mehriban Əliyeva Fransa Milli Assambleyasının rəsmisi ilə görüşüb (FOTO)

“Fənərbağça” Türkiyə kubokunu qazandı

Evi məcburi köçkünlər tərəfindən zəbt olunanlara şad xəbər (VİDEO)

"London taksiləri" sərnişinləri niyə yaxın məsafəyə aparmırlar? (VİDEO)

Gələn aydan avtobuslarda yeniliyə hazır olun (VİDEO)

Bizi ölümə aparan avtobuslar (VİDEO)

4 aya 11,1 ton saxta ərzaq satışdan çıxarılıb

Bakıda aparılan abadlıq işləri iki binanı qəza vəziyyətinə saldı (VİDEO)

Azərbaycanda poçt göndərişləri bahalaşıb

FHN Dövlət Dəmir Yol İdarəsinin binasında yanğınla bağlı məlumat yaydı

Dini məkanda çılpaq aksiya

Avropa Yayım Birliyi: Nəticələr dəyişdirilməyəcək (VİDEO)

Nəqliyyat müfəttişləri meyxanaçının sürücüsünü döydülər (FOTOLAR)

Prezident qida sərgisində oldu (FOTO)

Prixodko baş nazirin müavini təyin edildi

İnsanların ən xoşbəxt olduğu yaş

Dövlət Sosial Müdafiə Fondu əhaliyə müraciət edib

Azərbaycanda şəxsi münaqişənin faciəvi sonluğu

“Forbes” dünyanın ən nüfuzlu qadınlarının siyahısını açıqladı

Daha 111 məhkum azadlığa çıxıb (FOTOLAR)

Müasir Müsavat Partiyası Seçki Qərargahı yaradıb

Xırda pullar dövriyyədən çıxarıla bilər (VİDEO)

Sabiq prezidentlə baş nazirin tərəfdarları qırığına çıxdı (VİDEO)

Türk din xadiminə İspaniya Ləyaqət Ordeni veriləcək

Peyğəmbəri təhqir edən erməni cəzalandırıldı

Leonardo Di Kaprionun sevgilisi İstanbulda (FOTO)

Metroda qatar gözləyən sərnişinlər şoka düşdü

"Türkiyə "türkəm" deyib qürurlanan 300 milyonluq gücə arxalanır"

Əksər bankların reklam etdiyi kredit şərtləri müştəriləri aldadır (VİDEO)

Veteranlar parkında narkoman yaxalandı (VİDEO)

Müğənni Röya səfir oldu

Prezident Avro-2020 ilə bağlı sərəncam verdi

"Bizə dəqiq bildirdilər ki, onlar azadlığa buraxılıb"

Gürcüstanın "İmedi" telekanalının rəhbəri Bakıda saxlanıldı

Nazirlər birgə bəyanat yayıb (VİDEO)

Aqil M. Quliyevin şikayət ərizəsinə baxılıb

Aprel ayının ən gözəl qolu seçildi (VİDEO)

"İt qutusu" tarixə göndəriləcəkmi?

Yuri Syomin: "Azərbaycanlılar əla uşaqlardır!"

Vaşinqtondakı Xəbər Muzeyində yeni interaktiv məlumat bazası açılıb (VİDEO)

Yığmamızın heyəti açıqlandı

Dəmiryol Vağzalında yanğın olub, zəhərlənənlər var (YENİLƏNİB, FOTO)

"Hesab.az" portalında "Bakcell həftələri" davam edir

Prezidentin xanımı yeni imicdə (FOTOLAR)

Oklahoma tornadosu Hirosima bombasından da güclü olub

Ruh görmək istəyən yaşlı kişi dəhşətli faktın üstünü açdı

Rusiyanın "Eurovision" təmsilçisi: "Nəticələrdən razıyam"

"Azercell" səslərin sayılmasında iştirak etməyib (VİDEO)

Təhsil naziri daha bir məmuru işdən çıxartdı

"Bu baş versə, Azərbaycan Qərbə çıxışı itirəcək"

"Səhnəyə kişi sifətli müğənni lazımdır"

Rusiyadan qaçan killer Bakıda ələ keçdi

Nömrələrin daşınması sisteminə keçid ilin sonunadək başa çatacaq

Prezidentin mətbuat katibi: "Bizdə belə bir məlumat yoxdur"

Livanda gərginlik artır

"Onlar şeyxin təşəbbüsü ilə azad olundular" (MÜSAHİBƏ)

Azərbaycan - Lüksemburq oyunu kim idarə edəcək?

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaraladılar

Azərbaycan "National Geographic"də - günün fotosu (FOTO)

Bizi kim zəhərləyir? (ARAŞDIRMA)

Əkrəm Əylisliyə Ermənistandan dəstək

Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilib

Türk və Azərbaycan müğənniləri arasında daha bir klip qalmaqalı (VİDEO)

İki nəfərin prezidentliyə namizədliyi ləğv olundu (VİDEO)

İlhamə Quliyeva: "Vətənə xəyanət edən o qədər xalq artisti var" (MÜSAHİBƏ)

Bakıda silahdan pul çıxaran şəxs iş başında qandallandı

Fərid Məmmədov: "Onlar artıq heç nəyi qaytaran deyil" (EKSKLÜZİV MÜSAHİBƏ, FOTO)

Azərbaycan və Ermənistan prezidentləri gələn ay görüşəcəklər

Bu gün Bakının bir rayonunda qaz olmayacaq

"Xəzər Lənkəran"da yeni transfer

“Azərbaycan Rusiyaya bir bal belə verməyib”

Fərid Məmmədov “Azercell”-in qonağı oldu (FOTO)

Sabah 32 dərəcə isti olacaq

Mətanət İsgəndərli xəstəxanada bufetçi işləyib

İdman edənlər çox qazanır

Angela Merkelin əsgərlik şəkili ortaya çıxdı (FOTO)

Bütün Qafqazın Şeyxi İranda müzakirə etdiyi məsələləri açıqlayıb (VİDEO)

Şimali Koreya xüsusi səfir göndərdi

Baş nazirin müavininin köməkçisinə 4 il iş verildi

Dünya şöhrətli rəssamın tablosunu korladı, həbsə düşdü (FOTO)

61 yaşlı prezident ata olacaq

Deputat Anceliyə Coliyə xərçəngə qarşı meyvə göndərdi

Milli Məclisin eks-spikeri: "Mənə 1 milyard rüşvət versələr..."

Azərbaycana xaricdən pulsuz silah gələcək

Ağdam atəşə məruz qaldı

Səfər Əbiyev də Moskvaya getdi

Fərid Məmmədov Bakıda canlı konsert verəcək

X
Dostuna göndər
E-mail
Sizin adınız
Mətn
X
Səhvi göstər
Mətn
X
Bizimlə əlaqə
Kateqoriya şefi
siyaset@anspress.ws
ANSPRESS-in əsas telefonları
+994(12) 510-40-23
+994(12) 510-42-59
Saytda məqaləni yerləşdirə bilərsiz
meqale@anspress.com
Saytda reklam yerləşdirmək üçün
reklam@anspress.ws