"Daşaltı Əməliyyatı"na həsr olunan film çəkildi. ANS PRESS-in məlumatına görə, "Axırıncı döyüş" adlanan qısametrajlı film sözügedən əməliyyatda şəhid olan əsgərlərimizin xatirəsinə həsr olub. Filmin xronometrajı 11 dəqidədir.

"Daşaltı əməliyyatı" filminin ssenari müəllifi və quruluşçu rejissoru Səbuhi Səmədov, quruluşçu operatoru Mehdi Yaqubov, səs operatoru Əliabbas Qasımov, montajı Cavid Hacıyevdir.
Rollarda Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, gənc reper Dassen təxəllüslü Ayaz Məmmədov çəkiliblər. Qeyd edək ki, Ayaz Məmmədov 2010-cu ildə ANS ÇM-in Vətənpərvər mahnı musabiqəsində "Qarabağ bizimdir" mahnısı ilə 3-cü yerə layiq görülüb.