•        RSS
  •        Arxiv
  •         Səsli xəbər
  •       Əlaqə
  • Dil seçimi: AZRU Sosial şəbəkə:        
    QAYNAR XƏTT: 050 238-00-60
    RUR : 0.0129
    USD : 0.7844
    EUR : 0.9631
    Fəcr :06:43
    Günəş :07:59
    Zöhr :12:42
    Səhvi göstər
    Mətn
    Bizimlə əlaqə
    Kateqoriya şefi
    heyatterzi@anspress.ws
    ANSPRESS-in əsas telefonları
    +994(12) 510-40-23
    +994(12) 510-42-59
    Saytda məqaləni yerləşdirə bilərsiz
    meqale@anspress.com
    Saytda reklam yerləşdirmək üçün
    reklam@anspress.ws
    15.08.2012 10:11

    Fuad Mustafayev: "Çingiz adi jurnalist deyildi..."

    Çingiz Mustafayev Fondunun Prezidenti 85 illik yubileyi ərəfəsində ANS PRESS-ə müsahibə verdi

    Milli Qəhrəman Çingiz Mustafayevin atası, Çingiz Mustafayev Fondunun Prezidenti, ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri sədri, Fuad Seyfulla oğlu Mustafayevin 85 yaşı tamam olur. ANS PRESS bu münasibətlə Fuad müəllimlə görüşərək ondan müsahibə götürüb.

    Fuad bəy, 1927-ci il 16 avqust tarixində Bakıda anadan olub. 1948-ci ildə Bakı Dəmiryol Texnikumunu, 1958-ci ildə Leninqrad Dövlət Hərbi Akademiyasını bitirib. 1950-1964-cü illərdə hərbi qulluqda olub, hissə komandiri vəzifəsinədək yüksəlib. 1965-1995-ci illərdə Tikinti Nazirliyində, Sənaye Tikinti Nazirliyində, Üzümçülük-Şərabçılıq komitəsində, Baş Kolxoz-sovxoz Tikinti Birliyində, Hidrometeorologiya İdarəsində rəhbər vəzifələrdə işləyib. 1996-1999-cu illərdə ANS-Commers şirkətinə rəhbərlik edib.


    -Fuad bəy, 85 illik yubileyinizdir. Bu münasibətlə sizi təbrik edirik...
    -Çox sağ olun.

    -Sizi azdan-çoxdan tanıyanlar bilir ki, bu illəri boşa verməmisiz. Nümunəvi həyat yaşamısınız. Zəngin, həyat təcrübəniz var...
    - Bəli, elə sahə olmayıb ki, mən orada olmayım. Bakı Dəmiryol Texnikumunu bitirdikdən sonra işə girdim və AZİ-də (indiki Azərbaycan Dövlət Neft Akademiyası-red.) axşam şöbəsində oxuyurdum. Ehtiyatda olan zabit idim. 50-ci ildə Moskvaya hərbi qulluğa çağırıldım. O vaxt müharibədən sonra SSRİ hökuməti Dəmiryol Quşunlarını buraxmışdı. Bu böyük səhv idi. Sovetlərin faşist Almaniyası üzərindəki qələbəsində Dəmiryol Qoşunlarının xidməti az olmamışdı. Sonra başa düşdülər ki, Baykal-Amur Magistralı və bəzi digər strateji tikintiləri həyata keçirmək üçün məhz Dəmiryol Qoşunları lazımdır. Yenidən bərpa etməyə başladılar, o cümlədən də məni ehtiyatda olan zabit və dəmiryol mütəxəssisi kimi çağırdılar. 15 il hərbçi həyatı sürdüm. 3-4 il Dəmiryol Qoşunlarında, Sibirin Çita şəhərində diviziyada hərbi qulluqda oldum. SSRİ dəmiryol çəkməkdə Koreya, Çin, Monqolustan ölkələrinə kömək edirdi, mən də hərbçi və mütəxəssis olaraq çalışmışam. Qalan illərdə, yəni 5 il Leninqrad Dövlət Hərbi Akademiyasında təhsil aldıqdan sonrakı illərdə Raket Strateji Qoşunlarında - SSRİ Dövlət Mərkəzi Poliqonunda qulluq etmişəm. 1964-cü ilədək hissə komandiri olmuşam.

    -Belə çıxır ki, Çingiz siz hərbi qulluqda olarkən dünyaya gəlib?
    -Bəli, Çingizlə Seyfulla mən orada hərbi qulluqda olarkən doğulublar. Hətta Seyfullanın doğum şadətnaməsində Fuadoviç yazıblar. Vahid isə Azərbaycanda doğulub.

    -Necə oldu ki, Azərbaycana qayıtdınız?
    -15 ildən sonra, 1964-cü ildə xəstəliyimlə bağlı ordudan tərxis olundum. Çox ağır qəzaya düşdüm, hospitalda 6 ay yatdıqdan sonra Vətənə döndüm. Həm də anam Bakıda tək idi, qayıtmalı idim.

    -Bakıya qayıtdıqdan sonra sizi hansı vəzifələr gözləyirdi?
    -26 ilədək müxtəlif nazirliklərdə, əsas tikinti sahələrində məsul vəzifələrdə işləmişəm. 1994-cü ildə Dövlət Hidrometerologiya Komitəsində müavin idim. Öz ərizəmlə işdən getdim.

    -Belə bir vəzifədən niyə getmək istədiniz? Səbəb nə idi?
    -O zamanlar ölkədə qarmararışlıq, özbaşınalıq hökm sürürdü. Elə sənədlərə qol çəkmək lazım gəlirdi ki, razılaşa bilmirdim. Buraxmırdılar. 2-3 dəfə ərizəmi verdim, qanuniləşdirdim və bir daha işə çıxmadım.

    -Fuad bəy, 1964-cü ildən bu günə kimi, yəni 50 ilə yaxındır müxtəlif sahələrdə çalışmısınız. Amma əsasən 15 illik hərbçilik həyatınızdan çox həvəslə bəhs edirsiniz. Sözsüz ki, elə bu söhbətləriniz oğullarınızın hərbçi ruhda olmasına zəmin yaradıb. Çingiz, Vahid və Seyfullanın gözlərini qırpmadan cəbhənin qaynar nöqtələrə getməsində bu söhbətləriniz az rolu olmayıb...
    -Sözsüz. Rəhmətlik Heydər Əliyev Naxçıvanski adına hərbi məktəbi yaradanda ora 1-ci namizəd Çingiz olub. Həmin məktəbə təqdim edilən 1-ci ərizə Çingiz Mustafayevin ərizəsi olub. Çingiz 9-cu sinfə qədər orada oxudu və sonra nə isə fikrini dəyişərək Tibb Universitetinə qəbul oldu. Sonunda o, yenə də hərbçi oldu. Çingiz adi jurnalist deyildi, hərbçi jurnalist idi. Yəqin, arxiv materiallarında görmüsünüz, komandirlər qoşunu geri çağırır, Çingiz yenidən qaytarırdı. Çingiz onlara sərf edən jurnalist deyildi. Ailə tərbiyəsindən çox şey asılıdır. Bizim ailədə həmişə nizam-intizam olub. Başqa cür ola da bilməzdi.

    -Sizin evin o nizam-intizamı indi ANS Şirkətlər Qrupunda davam edir...
    -Nizam-intizam olmayan yerdə iş getməz. ANS Şirkətlər Qrupunun prezidenti var – Vahid Mustafayev. Onun qoyduğu qayda-qanun var. Həmin qayda-qanuna riayyət olunmasa iş axsayacaq. Yaxşı işçi boynuna götürdüyü işi bacarmalıdır, öhdəsindən gəlməlidir. Bunun üçün də işə laqeyd yanaşmaq olmaz.

    Vahid işçilərindən çox özünə qarşı tələbkardır. “Xoca” filminin çəkilişlərində 2 ay yarım Şəkidə oldu. Qışın soyuğunda isti evinə yığışmadı. Çəkilişlər axşam saat 6-dan səhər 8-ə qədər dağın dibində, qarın içində, şaxtada aparılırdı. Vahid Yeni il gecəsi evinə gəlmədi, bayram keçirmədi. Əvəzində filmi Xocalı soyqırımının ildönümündə təhvil verdi. Bunlar hamısı aldığı tərbiyədən irəli gəlir.

    -Sizi hər gün işə gətirəndə bu nizam-intizamdır?
    -İşsiz dayana bilmirəm. Mənə görə işsiz dayanmaq mümkün deyil. Ağıl da, beyin də işə münasib işləyir. Beyni işlətməyəndə o da korlanır, kütləşir. Dövlət Komitəsindən gedəndə ANS-ə uşaqların yanına gəldim. Uşaqlara nə kömək lazımdı edirəm. Hər gün işdəyəm. Hər halda köməyimə ehtiyacları olmasaydı, deyərdilər ki, get otur evdə. Nə lazımdı edəcəyik... (gülür)

    -Fuad bəy, hazırda Çingiz Mustafayev Fondunun prezidentisiniz. Bəlkə də bu dünyada ən böyük missiyanızı bu fond vasitəsilə həyata keçiririsiniz. Xeyriyyəçilik işlərinizdən qısa da olsa danışa bilərsiniz?
    -Çox işlər görülüb, hansını deyim? Bir qrupda ailə başçısı ANS-də işləyib rəhmətə gedən 12-14 ailəyə hər ay pensiya veririk. İkinci qrupda 50-yə yaxın, dəqiq 49 şəhid ailələrinə, üçüncü qrupda isə imkansız ailələrə aylıq yardım ayırmışıq. Məktubla müraciət edənlərə də öz köməyimizi əsirgəmirik. Düzdür, o məktubu araşdırdıqdan sonra kömək edirik. Müharibə veteranıdırsa, əlildirsə, sözün əsl mənasında yardıma ehtiyacı varsa əl tuturuq.

    -Fond barəsində çox qısa danışdınız. Bildiyimizə görə Fondun gördüyü işlər çoxşaxəlidir. Biz az geniş məlumat versəniz daha yaxşı olardı...
    - “İlin adamı” və “Ən yaxşı jurnalist” mükafatları, “Vətənərvər və hərbi mahnı müsabiqəsi”ni fond həyata keçirir. “Çingiz Mustafayev” adına düşərgəyə yardım edirik. Şəkidə “Çingiz Mustafayev adına Klub”u fond vasitəsilə yaratmışıq.

    Şəki şəhərində “İmam Əli”,. Bakıda “İmam Hüseyn” məscidlərinin bərpası və Azan verilməsi üçün avadanlıqla təhcizi bizim maliyyəmizlə reallaşıb. Fond Çingizin oğlu Fuad və digər KİV işçilərinin təhsil almasına yardım edir.

    2004-2007 ci illərdə talassemiyalı xəstələrə yardım etmişik. 2009-cu ildən bugünədək fiziki qüsurlu uşaqlara distansion təhsil proqramı hazırlamışıq.
    Fondumuz 2006-cı ildə “H.Əliyev” kitabının hazırlanması, uşaq kitablarının məktəblərə və uşaq evlərinə verilməsini təmin edib. Fondun yaradıldığı 1999-cu ildən bəri az işlər görməmişik. Çingiz Mustafayev Fondunun əsas məqsədi kasıblara-imkansızlara əl tutmaqdır.

    -Təşəkkür eləyənlər olur, yoxsa “elə belə də olmalıdır” deyib, qəbul edirlər?
    -Biz xeyriyyəçiliyi “Çox sağ ol”a görə etmirik. Qətiyyən bu barədə düşünmürük. Çox adamlar deyir ki, yaxşılığı bilənə edərlər, bilməyənə lazım deyil. Amma mən deyirəm ki, bilməyənə də etmək lazımdır ki, bəlkə başa düşdü, dəyişdi, düzəldi... Yaxşılıqlar insanı dəyişdirir, xeyirxah edir.













    Mənbə
    ANS PRESS


    • Bölmədən digər xəbərlər

    Emin Ağalarov: "Dostluğumdan sui-istifadə etmək lazım deyil"

    Müğənni-bəstəkar “Komsomolskaya pravda”ya müsahibə verib

    2014-12-19

    Van Damm Bakıya gəlmək istəyir

    “Məni Bakıya dəvət etsələr, həyəcanlanaram...”

    2014-12-16

    Rıbak: "Həyat nağıldır"

    Müğənni kinoya çəkilmək istəyir

    2014-05-21

    "ANS nə edirsə, düz edir" (VİDEO)

    ANS ətrafında ajiotajın səbəbi nədir?

    2014-05-02

    Vahid Mustafayev: "Həyatımın ən vacib və dəyərli işlərindən birini görmüşəm"

    ANS Şirkətlər Qrupunun prezidenti dünyanın ən məşhur və tanınmış uşaq layihəsi olan “Barni və dostları”dan danışıb

    2014-02-20

    Vüqar Həşimovun nişanlısı danışdı (FOTO)

    Xəstə olan şahmatçımızın son günlərinədək yanından çəkilməyən nişanlısı Elizabet V. "Vüqar Həşimovu xatırlayarkən” adlı məqalə yazıb

    2014-01-29

    Zirəddin Rzayev 2014-cü ilin proqnozunu verdi (MÜSAHİBƏ)

    "Bu ölkələrdə xəstəliklər o dərəcədə yayılacaq ki, hətta dünyanı təşvişə salacaq"

    2013-12-30

    Nostradamusun Azərbaycan barədə dedikləri düz çıxdı (FOTO)

    Qəzənfər Paşayev: "Şeytan işi ancaq cindarlara aiddir, öncəgörücülük isə Allahın verdiyi istedaddır"

    2013-12-06

    Prezidentin müəllimi:"İlham Əliyev mənim üçün hələ də uşaqdır" (FOTO)

    Dövlət başçısına dərs deyən Emma Kazımova şagirdi haqqında heç kəsin bilmədiyi məqamlardandan danışıb

    2013-10-05

    Əməkdar müəllim: “Sinifə girəndə heç nə yadıma düşmür” (FOTO)

    ANS PRESS “Ədəbiyyat” və “Azərbaycan dili” müəllimi, 25 il bu peşənin layiqli təmsilçisi, filologiya elmlər doktoru Mehriban Vəliyeva ilə görüşüb

    2013-10-05

    ““İnter” layiq olduğu yerdə qərarlaşmayıb”

    Əfran İsmayılov: “Komandada yaxşı atmosfer var. Hər şey zamanla öz yerini tapmalıdı”

    2013-09-22

    “Ermənilər saçlarımdan tutub sürüyəcəklərini deyirdilər”

    Moldava ombudsmanı: “Orada başıma gətirilənlərdən dərin psixoloji sarsıntı keçirdim”

    2013-09-22

    “Uzaqdan Kəbənin minarəsini görəndə özümü saxlaya bilmədim, ağladım” (MÜSAHİBƏ)

    Bütün Qafqazın Şeyxi 64 yaşı ərəfəsində düşündüklərini ANS PRESS-lə bölüşdü

    2013-08-25

    “Məni həyata qaytaran İlham Əliyevə təşəkkür etməyim?” (FOTOLAR)

    Nicat Dağlar: “Azərbaycan mətbuatının gücünü və həmrəyliyini çox yaxşı gördüm”

    2013-08-11

    İlham Mirzəyev: "İmicimi ləkələmək istəyirlər"

    Türkiyədə bıçaqlanması barədə məlumat yayılan aparıcı açıqlama verib

    2013-07-24

    Brilliant Dadaşova: "Mən tərbiyəsiz olub, güclü olmaq istəmirəm"

    "Mən o vaxt Mehmet Əli Erbilin verilişinə çıxanda orada niyə məhz hər dəfə Şuşanın “Ş”si, Laçının “L”-si deyirdim ki?"

    2013-07-05

    Hürrəmin sevgilisi danışdı

    Can Ateş: “Məryəmin qabağına 1 milyon dollar qoyun, digər tərəfə isə güllər, sizi inandırıram ki, ikincisini seçəcək"

    2013-06-12

    Cinlərlə bir evdə yaşayan insan: "Cinlər də bizim kimidirlər" (FOTO)

    "Azərbaycanda işlədiyim dövrlərdə mənə daha çox qara əməllər üçün müraciət edirdilər"

    2013-05-28

    Emin Ağalarov: "Şayiələrə inanmayın" (FOTO)

    "Hər həftə ailəmi görmək üçün Londona uçuram"

    2013-05-22

    II Dünya müharibəsi alovundan keçən veteran: "Ermənilər qorxumuzdan yatmırdılar" (FOTO)

    Bir əsrə yaxın yaşı olan veteran:"Müharibəyə getmək üçün yaşımı artırmışamr"

    2013-05-08

    Tağı Əhmədov: “Metrodan hər bir keçən sərnişin cibinə 50 qəpik pul qoyur"

    Bakı Metropoliteni bir gün ərzində 350 min manat itirir

    2013-05-08

    Mübariz İbrahimovdan bəhs edən türk serialının ssenari müəllifi danışdı

    Süleyman Çobanoğlu: "Mübarizin qəhrəmanlığına heyran oldum"

    2013-03-28

    Kosmosdan informasiya alan aparıcının müsahibəsi (VİDEO)

    "Mistikada belə bir anlayış var, əllərini hara, kimə toxundursan, oradan informasiya alacaqsan. Bunu bacarıram"

    2013-03-14

    Elnarə Təhməzova: "Ola bilər ki, ailə qurmayım və ..." (FOTO)

    ANS-in "İncə Maraqlar" verilişinin aparıcısının Milli.Az-a müsahibəsi

    2013-02-28

    İlqar Mikayıloğlu bacısı və dindarlardan danışdı (MÜSAHİBƏ)

    "Günə Baxan" proqramının aparıcısı: "Bir zaman Nardaranın İmam Hüseyn meydanında az qala hər gün adımıza dualar oxunurdu, indi nə baş verir?"

    2013-02-16

    Yaxşı qız Elnarə Təhməzova: "Kişi elə öz kişi adını qorumalıdır" (FOTO)

    Teleaparıcının "Aysel" jurnalına müsahibəsi

    2012-11-23

    Azərbaycan efir məkanında ilk mistik layihə (VİDEO)

    Həmid Herisçi: “Başqa yerli telekanallar kimi mistikanı şoulaşdırmaq istəmirik”

    2012-10-17

    Hacı Allahşükür Paşazadə: "Bilirdim ki, məni öldürə bilərlər..." (EKSKLÜZİV)

    Bütün Qafqazın şeyxinin ANS PRESS-ə müsahibəsi

    2012-08-24

    TQDK sədri: “Təhsil Nazirliyinin keçirdiyi imtahanlar gözdən pərdə asmaq məqsədi daşıyıb”

    Məleykə Abbaszadə ölkədə orta təhsilin səviyyəsini qaldırmaq üçün təxminən 5 il vaxt lazım olduğunu bildirib

    2012-07-06

    Emin Ağalarov: “Əminəm ki, Avropa “Crystal Hall”da baş tutacaq şouları çox bəyənəcək”

    Bəstəkar-müğənni çıxışının Avropanın zövqünü oxşayacağını inandığını bildirib

    2012-05-22

    Yay aylarında gənclərimiz harada və necə istirahət edəcək?

    Gənclər və İdman Nazirliyinin rəsmisi: "Gənclərin istirahətinin təşkili məqsədilə xüsusi layihə hazırlanır"

    2012-05-18

    Mina: "Gənc yaşda populyar olmaq çox təhlükəlidir" (FOTOSESSİYA)

    Heç nədən çəkinməyən gənc ifaçının müsahibəsi

    2012-04-20

    Eldar və Nigar: "Onlar bunu etdilər və ..."

    Azərbaycanın "Eurovision" qaliblərinin müsahibəsi

    2012-04-16

    Möminliyə can atan azərbaycanlı müğənni

    "Çalışıram özümü möminlərin cərgəsində görüm..."

    2012-02-11

    POPULYAR
    Son 24 saatda ən çox oxunan.

    XƏBƏR LENTİ
    21.12.2014