•        RSS
  •        Arxiv
  •         Səsli xəbər
  •       Əlaqə
  • Dil seçimi: AZRU Sosial şəbəkə:        
    QAYNAR XƏTT: 050 238-00-60
    RUR : 0.0187
    USD : 0.7843
    EUR : 0.9965
    Səhvi göstər
    Mətn
    Bizimlə əlaqə
    Kateqoriya şefi
    siyaset@anspress.ws
    ANSPRESS-in əsas telefonları
    +994(12) 510-40-23
    +994(12) 510-42-59
    Saytda məqaləni yerləşdirə bilərsiz
    meqale@anspress.com
    Saytda reklam yerləşdirmək üçün
    reklam@anspress.ws
    29.12.2012 18:19

    “ASAN xidmət” mərkəzi açıldı

    Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və mərkəzin açılışında iştirak edib

    Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzinin açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.

    Prezident İlham Əliyevə məlumat verilib ki, son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidenti 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıb.

    Dövlət başçısının imzaladığı Fərmanda qarşıya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması vəzifəsi qoyulub. Sentyabrın 5-də isə digər bir Fərmanla Agentliyin Əsasnaməsi və strukturu təsdiq olunub.

    Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Agentlik əsasən üç istiqamətdə - “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası və elektron xidmətlərin təşkili prosesinin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.

    Bu ilin sentyabrında isə dövlət başçısı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədi ilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq iki milyon manat vəsait ayrılıb. Artıq 1 nömrəli “ASAN xidmət” mərkəzi fəaliyyətə hazırdır.

    Məlumat verilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

    Bildirilib ki, “ASAN xidmət” mərkəzinin əsas prinsipləri - operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. Mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Bunun üçün isə ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilmiş və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək.

    Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər yaradılıb. Belə ki, burada uşaq əyləncə guşəsi, tibb xidməti, internet-kafe, bank, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə “pay-point”, bankomat aparatları qoyulub.

    Dövlət başçısına xidmətin “asan.gov.az” internet saytı barədə də məlumat verilib. Bildirilib ki, sayt vasitəsilə vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri digər orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb.

    Qeyd olunub ki, mərkəzdə 62 videomüşahidə kamerası və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılıb. Binada əlil vətəndaşlar üçün bütün zəruri şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan insanlar üçün döşəmələrə xüsusi örtüklər vurulub və onların oxuya bildiyi müvafiq hərflərlə lövhələr yerləşdirilib.

    Prezident İlham Əliyevin müddəti bitmiş sürücülük vəsiqəsi yeni nümunəvi milli sürücülük vəsiqəsi ilə dəyişdirilib.

    Məlumat verilib ki, mərkəzdə quraşdırılan data mərkəzin digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası təmin edilib. Korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədi ilə mərkəzdə xidmət proseduru videokamera vasitəsilə fasiləsiz qeydiyyata alınacaq. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə sistemləri ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədi ilə 22 elektron monitor, 52 elektron elan tablosu quraşdırılıb.

    Diqqətə çatdırılıb ki, binanın üçüncü mərtəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyət göstərəcəkdir. Agentlikdə 120 nəfər çalışacaq. “ASAN xidmət” mərkəzində isə 20 nəfər işlə təmin olunub. Mərkəzdə digər dövlət orqanlarının 74 əməkdaşı fəaliyyət göstərəcək.

    Azərbaycan prezidentinə məlumat verilib ki, könüllülük prinsipi əsasında vətəndaşlara xidmət göstərmək üçün müraciət edən 150 gəncdən 15-i seçilib və treninqlərə cəlb olunub.

    Gənclərlə görüşən prezident İlham Əliyev deyib ki, gənclərdə bu işlərlə məşğul olmaq üçün maraq və həvəs var: “ Ümumiyyətlə, bu valantyorluq işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir. Eyni zamanda, burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar vardır. Onlar gələcək fəaliyyətlərində də əlbəttə ki, bu təcrübədən istifadə edəcəklər”.

    Dövlət başçısı İnnovasiyalar Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Bildirilib ki, bu mərkəz dövlət xidmətlərinin sadələşdirilməsi ilə bağlı araşdırmaların aparılmasını, innovativ ideyaların sınaqdan keçirilməsini, eyni zamanda, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı dövlət orqanlarının əməkdaşlarının treninqlərə cəlb olunmasını təmin edəcək.

    Burada yeni texnologiyalarla tanış olan Azərbaycan prezidentinin diqqətinə çatdırılıb ki, üçölçülü skaner vasitəsilə istənilən böyük regionu, məsələn Bakı şəhərinin görüntüsünü skan etmək mümkündür. Bu sistem vasitəsilə Bakı şəhərinin üçölçülü modeli yaradılıb. Monitorinq sistemindən “ASAN xidmət”də mobil qruplara nəzarət məqsədi ilə istifadə olunur. Bu sistem vətəndaşların “qaynar xətt”ə istənilən müraciətlərini qəbul edir, qeydiyyata alır. Sistem, həmçinin vətəndaşların bütün müraciətlərinə “ASAN xidmət”in cavab verib-verməməsinə nəzarət edir. Biometrik sistem vasitəsilə insanın şəkli, barmaq izi, sifətin üçölçülü modeli ilə biometrik eyniləşdirmə aparılır və pasportu yoxlanılır. Bundan sonra sistem tanıdığı şəxsləri lazımi yerə buraxır. Bu sistemin sərhəd keçid məntəqələrində və mühafizə olunan obyektlərdə istifadəsi mümkündür.

    İnnovasiyalar Mərkəzində 160 düym böyüklükdə sensorlu interaktiv videodivar quraşdırılıb. Bu avadanlıq 20 nəfərin eyni zamanda istifadə etməsinə imkan verən İPad funksiyasını yerinə yetirən texnologiyaya malik sensorlu monitordur. Bu texnoloji avadanlıq vasitəsilə xidmətlərin elektronlaşdırılması proqramları yaradıla, sınaq və eksperimentlər aparıla bilər.

    Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin “Gələcəyə baxış”, “Data və resurs mərkəzi”, həmçinin “Asan mobil xidmət” konsepsiyalarına dair videoçarxlara baxıb.

    Qeyd olunub ki, gələn ildən “ASAN xidmət”in təşkili üçün xüsusi avadanlıqla təchiz edilmiş avtomobillərlə regionlarda vətəndaşlara səyyar xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bundan əlavə, səyyar xidmətlər vasitəsilə əlillər üçün xidmətlərin yaradılması planlaşdırılır.

    Dövlət başçısına “Mobil hökumət - mobil imza” layihəsi haqqında da geniş məlumat verilib. Bildirilib ki, vətəndaşlar öz mobil telefonlarından yararlanaraq bu xidmətdən istifadə edə bilərlər. Bu zaman elektron imzanı mobil imza əvəz edəcək. Sistem elektron hökumətdən mobil hökumətə keçiddir. Mobil hökumətin devizi “Mənim hökumətim həmişə mənimlə”dir.

    Azərbaycan prezidentinə Biometrik Nəzarət Sistemi haqqında da məlumat verilib. Sistem vətəndaşların biometrik məlumatlarını toplamaqla ondan istifadə formalarını özündə əks etdirir. Sistemin əsas funksiyası biometrik məlumatları emal və tətbiq etməkdir.

    Dövlət başçısı identifikasiya sənədlərinin hazırlanması sistemi ilə də tanış olub. Bildirilib ki, bu sistem cəmi 2 dəqiqə 40 saniyə ərzində biometrik məlumatları əks etdirən identifikasiya sənədlərini hazırlayır.

    Qeyd olunub ki, İnnovasiyalar Mərkəzinin nəzdində treninq mərkəzi də yaradılıb. Məqsəd “elektron hökumət”, elektron xidmətlər haqqında ən müasir bilikləri əməkdaşlara çatdırmaqdır. Bunun üçün müasir avadanlıq və proqram təminatından istifadə olunur. Sistem sensorlu elektron lövhədən və noutbuklardan ibarətdir. Lövhə və noutbuklar Wi-Fi vasitəsilə bir şəbəkədə birləşiblər. Lövhədə yazılan hər bir informasiya noutbukların ekranında əks olunur.

    Prezident İlham Əliyev lövhədə “ASAN xidmət”in əməkdaşlarına uğurlar arzulayıram. Yeni iliniz mübarək” sözlərini yazıb. Dövlət başçısı “Çağrı” mərkəzində də olub.

    Məlumat verilib ki, vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. “Çağrı” mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirəcək.

    Prezident İlham Əliyevə “ASAN xidmət” mərkəzlərinin perspektiv inkişaf planlarını əks etdirən layihələr barədə də məlumat verilib. Bildirilib ki, 1 nömrəli “ASAN xidmət” mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə bu mərkəz paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcək. Bir müddət sonra isə qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlar bu xidmətdən yararlana biləcəklər. Mərkəzdə əlil vətəndaşların binaya daxil olmaları və onların istənilən mərtəbəyə qalxmaları üçün ən müasir standartlara cavab verən xüsusi araba da alınıb.

    Yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
    Mənbə
    AzərTAc


    • Bölmədən digər xəbərlər

    Azərbaycanda İŞİD-in maliyyə mənbələri məhv ediləcək

    Mübariz Qurbanlı: "Oralara gedənlərin faciəvi sonluğu hər kəsin gözü önünə gəlir"

    2014-10-31

    Müsavata daha bir zərbə (VİDEO)

    Başqandan narazılar fraksiya yaratmaq qərarına gəliblər

    2014-10-31

    Oqtay Əsədov səfirlə görüşdü

    Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

    2014-10-31

    13500 ailənin güman yeri (VİDEO)

    Puldan məhrum olunan şəhid ailələri müzakirə mövzusudur

    2014-10-31

    İlham Əliyev həmkarını təbrik etdi

    "Dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq diləyirəm"

    2014-10-31

    Nərgiz Paşayeva və Aysel Teymurzadə Londonda (FOTO)

    İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında ənənəvi görüş keçirilib

    2014-10-31

    Nazirlər bölgələrə gedir (CƏDVƏL)

    Noyabr ayının vətəndaşlarla görüş vaxtı açıqlanıb

    2014-10-31

    Ermənilərsiz Ermənistan

    Deputat: "Ermənistanda əhali ölkəni sürətlə tərk edir"

    2014-10-31

    Ölkədə reydlər aparılır

    9 ay ərzində 152 nəfər saxlanılıb, 148 ov tüfəngi və 543 patron götürülüb

    2014-10-31

    Deputat girovun evində (FOTO)

    Aydın Mirzəzadə Şahbaz Quliyevin ailəsinə baş çəkib

    2014-10-31

    SSRİ-nin ilk rəsmi azərbaycanlı milyonçusu öldü

    Cənnət Əliyev 1997-ci ildə "Zülfüqar" qılıncının rəmzi istehsalına başlayıb

    2014-10-31

    Ermənilər suyumuzu bulandırır

    Nazirlik çirklənmə vəziyyətini öyrənmək məqsədilə monitorinq aparıb

    2014-10-31

    Azərbaycanda 864 iş yeri

    ADIU-nun tələbələri dövlət qulluğuna qəbul qaydaları ilə tanış olublar

    2014-10-31

    Azərbaycan yardım etdi (FOTO)

    Yardım sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insana edilib

    2014-10-31

    ANS əməkdaşı Kobanidən gəldi (VİDEO)

    "Xəbərçi"nin iddialı olması bizi cəbhənin sıfır nöqtəsinə apardı

    2014-10-31

    Qubad İbadoğluna rəsmən cavab verildi

    “Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur”

    2014-10-30

    Bakı Bəyannaməsi qəbul olundu

    Bakıda keçirilən Qlobal Forum başa çatdı

    2014-10-30

    XİN-dən etiraz məktubu

    "Amerikanın səsi"ndə antiazərbaycan verilişi ilə bağlı təfərrüatlar açıqlandı

    2014-10-30

    Nida-çı YAP-a keçmək istəyir

    Elsevər Mürsəlli partiyaya üzv olmaq üçün müraciət edib

    2014-10-30

    Prezident Vesna Pusiçlə

    İlham Əliyev Xorvatiyalı nazir müavinini qəbul edib

    2014-10-30

    Leyla Əliyeva uşaqlarla (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti bir neçə uşaq evində olub

    2014-10-30

    Reanimasiyada xəstə kimi olan Zəngilan (VİDEO)

    "Bizim yaddaşımız unutmaq tərbiyəsi almayıb”

    2014-10-29

    Nazir işçilərinə tapşırıqlar verdi

    Ədliyə naziri Fikrət Məmmədov Horadizdə vətəndaşları qəbul edib

    2014-10-29

    Qarabağda sülh üçün bir yol var

    Nazir prezidentlərin Paris görüşünün detallarını açıqladı

    2014-10-29

    Azərbaycanlılar Almaniyada aksiya keçirdi (FOTO)

    Mitinqdə Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş soydaşlarımız iştirak edib

    2014-10-29

    İlham Əliyev küveytli naziri qəbul etdi

    Prezident: "Ölkələrimiz arasında gənclər siyasəti sahəsində əlaqələri genişləndirmək vacibdir"

    2014-10-29

    Həbs edilən azərbaycanlı deputatın oğlundan açıqlamalar

    Fuad Sayadov : “Atam baş prokuror Sergey Bajutovun saxta ittihamları ilə həbs edilib”

    2014-10-29

    Separatçı ermənilərə cavab

    "Zəngilanda baxçanın açılması təxribat xarakteri daşıyır"

    2014-10-29

    İlham Əliyev BMT-nin nümayəndələrini qəbul edib

    Prezident Maher Nasseri, Ahmad Rafi Mohamad Alhendavini, Snejana Samardjiç-Markoviçi və Lalla Aişa Ben Barkan ilə görüşüb

    2014-10-29

    Prezidentin qızı uşaqlarla

    Leyla Əliyeva ağır xəstəlikdən əziyyət çəkən balaca Nikolası da ziyarət edib

    2014-10-29

    YAP xəbərdarlıq etdi

    Siyavuş Novruzov partiya üzvlərinə tövsiyyəsini çatdırdı

    2014-10-29

    Türkiyə səfiri Türk şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət etdi (FOTO)

    Türkiyənin müstəqilliyinin 91-ci ildönümü münasibəti Bakıda mərasim baş tutub

    2014-10-29

    Əliyev: "Güclü olmalıyıq"

    Azərbaycan prezidenti Ermənistandakı diktator rejimindən danışıb

    2014-10-29

    Zəngilanda itirdiklərimiz

    Ermənilər Bartaz və Vejnəlidəki ardıc meşələrində yanğınlar törədib

    2014-10-29

    Əsir rayonun şərəfli ölümü (VİDEO)

    Yaxud 34 min azərbaycanlı soyqırımdan necə qurtarıldı?

    2014-10-29

    XƏBƏR LENTİ
    01.11.2014