Amerikanın Teksas əyalətində doğum sancıları səbəbindən xəstəxanaya çatdırılan hamilə qadın 2 dəfə əkiz uşaq doğub. Hər biri tək yumurta əkizi olan körpələr 1 dəqiqə fasilə ilə dünyaya gəliblər. Məlumata görə, 36 yaşlı Treza Montalvonun körpələri bir bətndə 2 ayrı platensada olduğu üçün dördəm yox, 2 ayrı əkiz sayılır. Mütəxəssislər bunun 70 milyonda bir ehtimal olduğunu bildirib.