•        RSS
  •        Arxiv
  •         Səsli xəbər
  •       Əlaqə
  • Dil seçimi: AZRU Sosial şəbəkə:        
    QAYNAR XƏTT: 050 238-00-60
    RUR : 0.0191
    USD : 0.7843
    EUR : 0.9913
    Günəş :08:01
    Zöhr :13:29
    Əsr :16:49
    Səhvi göstər
    Mətn
    Bizimlə əlaqə
    Kateqoriya şefi
    siyaset@anspress.ws
    ANSPRESS-in əsas telefonları
    +994(12) 510-40-23
    +994(12) 510-42-59
    Saytda məqaləni yerləşdirə bilərsiz
    meqale@anspress.com
    Saytda reklam yerləşdirmək üçün
    reklam@anspress.ws
    16.04.2013 22:56

    Bakıda ikinci ASAN Mərkəzi mayda fəaliyyətə başlayacaq (VİDEO)

    Prezident İlham Əliyev məmurlara xəbərdarlıq edib

    Yaxın vaxtlarda ölkədə bir neçə yeni “ASAN” xidmət mərkəzi yaradılacaq. Yeni mərkəzlər yalnız Bakı sakinlərinə deyil, regionlarda yaşayanlara da xidmət göstərəcək.

    “ASAN” Xidmət Mərkəzinin şöbə müdiri Azad Cəfərli: “May ayında Xətaidə, eyni zamanda Sumqayıtda, iyul ayında Yasamalda fəaliyyətə başlayacaq. Bununla da bütün Bakı qeydiyyatı olan vətəndaşlar “ASAN” xidmətdən yararlana biləcəklər. Avqustda isə Gəncədə fəaliyyətə başlayacaq”.

    Gəncədə və Sumqayıtdakı “ASAN” xidmət mərkəzlərindən ətraf rayonların sakinləri də istifadə edə biləcəklər. May ayında açılışı olacaq və Xətai sakinlərinə xidmət göstərəcək 2 saylı “ASAN” xidmət mərkəzi şəhərin məşhur ticarət mərkəzlərindən birinin binasında yerləşir.

    Binanın 2-ci mərtəbəsi vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icarəyə götürülüb. Artıq burada təmir işləri başa çatıb və son tamamlama işləri aparılır.

    1 saylı mərkəzdə olduğu kimi 2 saylı “ASAN” xidmət mərkəzində də göstərilən xidmətlərin şəffaflığını və keyfiyyətini təmin etmək üçün otaqların divarları görünən materialdan şüşədən hazırlanıb.

    2 saylı “ASAN” xidmət mərkəzində ilk mərkəzdə olan bütün xidmətlər göstəriləcək. Sumqayıt şəhərində yerəşə”ASAN” xidmət mərkəzinin binası isə demək olar ki, açılış üçün hazırdır.

    Xatırladaq ki, “ASAN” xidmət mərkəzləri ölkə prezidentinin təşəbbüsü ilə vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırmaq, məmur-vətəndaş ünsiyyətini azaltmaq və bununla da korrupsiyaya son qoymaq məqsədilə yaradılıb.

    Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunan iclasında çıxış edən prezident İlham Əliyev məmur-vətəndaş ünsiyyətinin azaldılmasının vacibliyini bir daha vurğulayıb və məmurlara xəbərdarlıq edib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”.

    Dövlət başçısı məmur-vətəndaş ünsiyyətinin azaldılması istiqamətdə “ASAN” xidmətin rolunu xüsusi qeyd edib. Bu xidmətin əhatə dairəsinin genişləndiriləcəyini bildirib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcəkdir. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcəkdir. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır”.

    Qeyd edək ki, “ASAN” xidmət mərkəzlərində vətəndaşlar 9 dövlət qurumunun səlahiyyətlərinə aid müxtəlif sənədlər, arayışlar əldə edə bilərlər.



    Mənbə
    ANS TV


    • Bölmədən digər xəbərlər

    Yaralı hərbçimiz xəstəxanadan çıxarıldı

    Elvin Əsgərov hazırda qardaş ölkənin paytaxtında reabilitasiya kursu keçir

    2014-10-25

    Cəbhə xəttindən reportaj (VİDEO)

    Məktəbin divarlarında, pəncərələrində güllə izlərinin şahidi olduq

    2014-10-24

    Əli Həsənovdan xəbərdarlıq

    “Bütün məcburi köçkünlər xəbərdarlıq edirik ki, belə vədlərə uymasınlar"

    2014-10-24

    Avropa çempionatı Azərbaycanda

    Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi paytaxtımızda

    2014-10-24

    Əli Həsənov: "Ramil Usubovla danışdım..."

    Dələduzluq edərək məcburi köçkünlərə saxta ev sənədləri verən şəxslərin sayı artıb

    2014-10-24

    Girovlarla bağlı açıqlama (VİDEO)

    Azərbaycan tərəfi qanunsuz məhkəmə prosesinə etiraz edir

    2014-10-24

    Yaqlənd əfvdən danışdı

    AŞ-nin baş katibi prezidentin bu addımını yüksək qiymətləndirib

    2014-10-24

    Səlim Müslümov vətəndaşlarla görüşəcək

    Səlim Müslümov İsmayıllıda 5 rayonun sakinləri ilə görüşəcək

    2014-10-23

    "Bunlar siyasi sifarişdir"

    Elmar Məmmədyarov Azərbaycana qarşı ikili standartla yanaşıldığını deyib

    2014-10-23

    Prezident qəbul keçirdi

    İlham Əliyev Almaniyanın xarici işlər üzrə federal nazirini qəbul edib

    2014-10-23

    Modulyar dermotit xəbəri yalan çıxdı

    Heydər Əsədov: “Böyük ehtimalla heyvanlar zəhərlənib”

    2014-10-23

    Obamaya Azərbaycana dəstək üçün çağırış

    Arizonadan olan konqresmen Pol Qosar ABŞ Prezidenti Barak Obamaya məktubla müraciət edib

    2014-10-23

    Komitədə kadr dəyişikliyi

    DQİDK-nin mətbuat xidmətinin rəhbəri Orxan Əli vəzifəsindən kənarlaşdırılıb

    2014-10-23

    İlham Əliyev və xanımı ən böyük idman kompleksində (FOTO)

    Stend atıcılığı üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb

    2014-10-22

    Məcburi köçkünlərə xəbərdarlıq

    Dövlət Komitəsi: "Son günlər paytaxtın rayonlarında yenidən bu cür hallar baş verib"

    2014-10-22

    Alman nazir Azərbaycana gəlir

    Səfər çərçivəsində XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşəcək

    2014-10-22

    Yolumuz da pullu olacaq (VİDEO)

    Ödənişli avtomobil yollarında qiyməti Tarif Şurası müəyyənləşdirəcək

    2014-10-22

    Əqrəbi çəkməyi unutmayın

    Azərbaycanda yay vaxtının ləğv ediləcəyi tarix məlum oldu

    2014-10-22

    Prezident qubernatoru qəbul etdi

    Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərdən danışılıb

    2014-10-22

    Əhaliyə xəbərdarlıq (VİDEO)

    Qızdırıcılarda texniki baxışı həyata keçirən yeni qurum formalaşdırılıb

    2014-10-22

    Arvadı qaçan kişi ANS-ə gəlir (FOTO)

    "Adam İçində" verilişini izləyin ki, 21 yaşlı gəlinin qaçmasının əsl səbəbini biləsiz

    2014-10-22

    Bələdiyyə seçkisi prosesinə start verildi (VİDEO)

    Respublikamızda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prossesinə başlanıb

    2014-10-22

    Ramiz Mehdiyevdən erməni mifinə zərbə (FOTO)

    “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” qırğız dilində nəşr edilib

    2014-10-22

    Büyükfırat Azərbaycana attaşe təyin olundu

    Yeni attaşe ötən gün vəzifəsinin icrasına başlayıb

    2014-10-22

    Azərbaycan önəmli məkandır

    Azərbaycan hazırda dünyada olan beş enerji bazarından birinə malikdir

    2014-10-22

    Nazir Albaniya parlamentinin sədrini qəbul edib

    Görüşdə turizm, infrastruktur, sərmayələr müzakirə edilib

    2014-10-22

    Adı olan, dadı olmayan qurum (VİDEO)

    Nə üçün bələdiyyələrə bəslənilən ümid özünü doğrultmadı?

    2014-10-22

    Müxalifətdə yeni qalmaqal (VİDEO)

    Aydın Mirzəzadənin toyda görünməsi iki cəbhəni üz-üzə gətirib

    2014-10-21

    Prezident təltif etdi (SİYAHI)

    İlham Əliyev işçilərin təltif edilməsi haqqında sərəncam imzalayıb

    2014-10-21

    Komissar Bakıya gəlir

    Nils Mujnieks oktyabrın 22-24-də Azərbaycanda səfərdə olacaq

    2014-10-21

    Partiyaların seçki ambisiyası...

    Ölkədə siyasi təşkilatların əksəriyyəti seçkilərə hazırlaşır

    2014-10-21

    Bakıda ölümcül lampalar (VİDEO)

    Paytaxtda ksenon lampaları olan avtomobillər çox vaxt qəzalara səbəb olur

    2014-10-21

    Prezident başsağlığı verdi

    İlham Əliyev Fransaya məktub ünvanlayıb

    2014-10-21

    Dekabrın 23-də seçkidir

    Mərkəzi Seçki Komissiyası (MSK) yekdilliklə qərar qəbul edib

    2014-10-21

    Bakı ermənisinə etiraz

    Diaspor təşkilatları Amsterdam Universitetinə etiraz məktubu göndəriblər

    2014-10-21

    XƏBƏR LENTİ
    25.10.2014