Elgiz Əkbərin təqdimatında ANS TV-nin efirində gedən “Adam içində” proqramı daha bir qalmaqalın əsasını qoydu. ANS PRESS-in məlumatına görə, proqramın dünənki qonaqları aktrisa Naiba Allahverdiyeva və ekstrasens Həsən Həsrətli arasında insident yaşanıb.

Həsən Həsrətli birbaşa yayımda öz görücülük qabiliyyətini nümayiş etdirərkən aktrisanın həyatındakı adamın adını çəkib. Naiba Allahverdiyeva ekstrasensin milyonlarla tamaşaçının qarşısında belə bir açıqlama verməsinə əsəbiləşib. “Niyə mənim adıma söz çıxarırsız?”, - deyərək öz etirazını bildirib.

Həsən ANS PRESS-ə açıqlamasında, veriliş bitdikdən sonra 4 kişinin üstünə hücum çəkdiyini bildirdi: “Verilişdın sonra Naiba xanım mənimlə dalaşdı. Sonra da telekanaldan çıxdıqda 4 nəfər mənə hücum çəkdi. Əlbətdə ki, mən də idmanla məşğulam, özümü müdafiə etməyi bacardım. Yoxsa onlar məni çox pis döyə bilərdilər.”

Həsən Həsrətli hadisədən həmən sonra “102” xidmətinə zəng vuraraq şikayət etdiyini deyir: “102-yə zəng vurdum. Hələ ərizə ilə müraciətim olmayıb. Naiba xanım telefonlarıma cavab vermir. Bu belə davam edərsə yazılı şikayətim olacam. Bunu belə qoyan deyiləm. Onların cavabını verəcəm.”