•        RSS
  •        Arxiv
  •         Səsli xəbər
  •       Əlaqə
  • Dil seçimi: AZRU Sosial şəbəkə:        
    QAYNAR XƏTT: 050 238-00-60
    RUR : 0.021
    USD : 0.7844
    EUR : 1.029
    Səhvi göstər
    Mətn
    Bizimlə əlaqə
    Kateqoriya şefi
    siyaset@anspress.ws
    ANSPRESS-in əsas telefonları
    +994(12) 510-40-23
    +994(12) 510-42-59
    Saytda məqaləni yerləşdirə bilərsiz
    meqale@anspress.com
    Saytda reklam yerləşdirmək üçün
    reklam@anspress.ws
    28.05.2010 18:14

    Borclunun sağlığı...

    Stalin M.Ə.Rəsulzadəyə hansı borcu qaytarıb?

    1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğradı. Çox keçməmiş, bolşeviklər Məhəmməd Əmin Rəsulzadəni Lahıcda tutub Bakıya, Şura hökumətində xüsusi idarənin rəisi olan Pankratovun yanına gətirdilər. Burada qərar çıxardılar ki, Müsavat lideri güllələnməlidir. Bu xəbər həmin vaxt Vladiqafqazda olan Stalinə də çatdı. О dərhal Bakıya telefon açıb, Pankratova tapşırdı ki, Rəsulzadəyə hələlik əl vurulmasın, çox güman, özü bu gün Bakıya gələcək.

    Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun уаnınа getdi. Burada Məhəmməd Əminlə bağlı söhbətləri oldu. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırdı. Burada o, qətiyyətlə bildirdi ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq:
    “Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”, - deyə o bildirdi.

    Pankratov Əliheydər Qarayevin odlu-alovlu çıxışından vəcdə gəlib onunla eyni fikirdə olduğunu bildirəndə Stalin: “Yoldaş Pankratov, sizin inqilabın düşməni adlandırdığınız bu kişi məni iki dəfə ölümdən qurtarıb. Rəsulzadə buradan sağ-salamat gedəcək” - deyib fikrini vurğuladı.
    Stalinin bu sözü qarşısında heç nә deyə bilməyən Pankratov Məhəmməd Əminin həbsxanadan gətirilməsi üçün tabeliyində olanlara göstəriş verdi. Bir müddət sonra Stalini Pankratovun otağında görüb ilk öncə çaşbaş qalan Məhəmməd Əmin az keçməmiş onun buraya hansı səbəbdən gəldiyini anladı...
    Rəsulzadə Stalini iki dəfə ölümdən qurtarmışdı. О vaxtlar, yəni 1907-ci ildə Stalin Balaxanı neft mədənlərində çalışan fəhlələr arasında milyonçuların əleyhinə təbliğat aparırdı. Milyonçuların yan-yörəsində gəzən qoçular bundan xəbər tutub Stalini yaxalamış və quyuya salmaq istəmişdilər. Bunu eşidən müsavatçılar əhvalatı Мәһәmməd Əmin Rəsulzadəyə xəbər vermis, Rəsulzadə vaxtında yetişib Stalini quyuya atmaq istəyən qoçuların əlindən almışdı. Gələcək diktatoru ölümün əlindən qurtaran Rəsulzadə onu gizlətmək üçün Novxanıdakı bağ evinə gətirmişdi. Burada qonağı Məhəmməd Əminin atası - məşhur din xadimi Axund Molla Ələkbər layiqincə qarşılamışdı. Evdə qadınlar olduğuna görə Stalini çox saxlaya bilməyib onu nесә xilas edəcəyi barədə düşünmüşdü. Nəhayət, “Məscid Allahın evidir, yəqin, qonağı orada gizlətsək, bu, çar çinovniklərinin ağlına gəlməz”, - deyə Stalini məscidə aparmış, onu moizə oxuduğu minbərin altında gizlətmişdi. “Qonaq” minbərin altında olduğu vaxt ona xətər dəyməsin deyə məscidə axtarışa gələn şəxsləri saxlamaq üçün oradan moizə oxumağa da başlamışdı. Axund çox böyük nüfuz sahibi olduğundan və moizə oxunan vaxt minbərə yaxınlaşmaq ümumiyyətlə gunah sayıldığından xəfiyyələr məscidin içinə girməyə cürət etməmişdir. Kənd саmааtı işdən xəbərdar olduğundan sakitcə moizəyə qulaq assa da, ehtiyatı əldən verməyib xəfıyyələrin məscidə ayaq basmamaları üçün əli xəncərin üstündə gözləmişdi. Evləri alt-üst edən xəfiyyə və polislər isə axtardıqlarını tapmayıb pərt-peşman geri qayıtmalı olmuşdular.
    Beləliklə, Axund Molla Ələkbərin “qonağı” ara sakitləşdikdən bir müddət sonra kəndi rahatca tərk edə bilmişdi.

    Rəsulzadə Stalinin həyatını ikinci dəfə də xilas etməli olmuşdu. Bu dəfə əhvalat Lənkəranda baş verirdi. Bolşeviklər vəsait əldə etmək üçün ticarət gəmilərindən birinә hücum etmişdilər. О vaxtlar bolşeviklər bu cür üsullara tez-tez əl atırdılar. Hətta külü miqdarda pul əldə etmək məqsədilə milyonçuları qaçırır, sonra isə girovun əvəzini milyonların dəyərində alırdılar.

    ...Bu hadisənin üstündən illər keçdi. Məhəmməd Əmin Rəsulzadəni yaxın dostu kimi bağrına basıb qucaqlayan Stalin vaxında edilən yaxşılığını unutmadı. Stalin Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə əslən Bakının Maştağa kəndindən olan qatı müsavatçılardan Bığı bəу ləqəbli Abbasqulu Kazımzadəni də azad etdirdi.

    Pankratovun otağını tərk edərkən Rəsulzadə üzünü Əliheydər Qarayevə tutub dedi:
    - Əliheydər, Demokratik Azərbaycan hökuməti parlamentinin son iclasında sənə dediklərimi unutma!
    Yenicə qurulan Şura hökumətində böyük vəzifə daşıyan Əliheydər Qarayev bu sözlərdən pərt olub dedi:
    - Əgər Şura hökuməti proletariat naminə mənim ölumümə qərar çıxararsa, mən ölməyə hazıram.
    Amma ürəyində baş qaldıran şübhə toxumu artıq öz işini görməyə başladı. Həmin an о, parlamentin son iclasında Rəsulzadə ilə aralarında olmuş dialoqu xatırladı...

    Bu iclasda Əliheydər Qarayev üzünü Rəsulzadəyə tutub demişdi:
    - Sizin hamınızı bir-bir güllələyəcəm!
    Onda onun sözbrindən halını pozmayan Мәһәmməd Əmin:
    - Əliheydər, öz bolşeviklərin səni güllələyəndə mənim sözlərimi yadına salarsan, - deyərək gülümsəmişdi.

    Bu dəfə də qarət planını həyata keçirmək üçün bolşeviklər əllərində qumbara ticarət gəmisinə daxil olmuşdular. Atışma başlamış, lakin yaxşı silahlandığından gəmidəki mühafızə qrupu bolşevik həmləsinin qarşısını ala bilmişdi. Demə, basqınçı bolşeviklərin arasında gələcəkdə hamının “qırmızı kabus” adlandıracağı Stalin də varmış. Atışma vaxtı qarətçilərin arasında olub, ayağından yaralanan Stalini yaxalayıb Lənkərana gətirmişdilər. Lənkəranda dini etiqad güclü olduğundan gəmiyə hücum edən “kafirləri” cəzalandırmaq məqsədi ilə güllələmək istəmişdilər.

    Həmin vaxt təsadüfən Lənkəranda olan Мәhəmməd Əmin Rəsulzadə bundan хəbər tutub “köhnə dostu”nun həyatını ölümdən qurtarmışdı. Onda Stalin üzünü xilaskarına tutub demişdi:
    - Allahın mənə bir dəfə bəxş etdiyi həyatı siz mənə iki dəfə verdiniz. Mənim sizə bir yox, iki şərəf borcum var. Onu istədiyiniz zaman qaytarmağa hazıram.

    О vaxt demokratik hökumət bolşeviklərə yalnız yeddi şərtlə təhvil verilmişdi: müsavatçılar təqib edilməyəсәк, istiqlaliyyətimiz, bayrağımız, himnimiz, dilimiz, dinimiz, sərhədlərimiz toxunulmaz qalacaq. Demokratik hökumətin üzvlərini aldadan bolşeviklər guya şərtləri qəbul etmişdilər. Beləliklə, hökumət parlamentdə Əliheydər Qarayev başda olmaqla bolşeviklərə təhvil verilmişdi. Lakin bolşeviklər verdikləri vədə əməl etməyərək, elə ilk gündən müsavatçıları həbs etməyə başlamışdılar.

    ...Stalin qəddar olsa da, bir vaxtlar Məhəmməd Əminin onu iki dəfə ölümün caynağından qurtarmasını yadına salıb dedi:
    - Məhəmməd Əmin bəy, məsləhətim budur ki, Bakını tərk edəsiniz. Qalmaq istəsəniz, уеnә də öz işinizdir. Amma bilin ki, mən Bakıdan aralanan kimi Sizi yenidən həbs edib güllələyəcəklər. Gəlin Sizi özümlə Moskvaya араrım.
    Rəsulzadə müsavatçılarla məsləhətləşmək üçün Stalindən bir gün vaxt aldı.
    Təklifi bəyənən müsavatçılar Rəsulzadənin onunla Moskvaya getməsini məsləhət gördülər.
    Beləliklə, Stalin Rəsulzadəni, Abbasqulu Kazımzadəni və Məhəmməd Əminin əmisi oğlu Məhəmməd Əlini özüylə Moskvaya apardı.

    Müsavatçıları şəxsi vaqonu ilə Moskvaya çatdıran Stalin yolda Məhəmməd Əminə sual verdi:
    - Məhəmməd Əmin, bu iyirmi üç ayda Müsavat hökümətiylə xalqa, millətə nə verdin?
    Biz millətə istiqlaliyyətin, azadlığın dadını verdik! Millət iyirmi üç ayda özgurlüyün nә olduğunu anladı. Başı üzərində dalğalanan Azərbaycan bayrağına şərəflə baxdı. Özgə bayrağa xidmət etmədi. Xalqa və hökumətə müstəqillik verdik. Çar imperiyasının istismar etdiyi torpaqların mənfəətini onlara qaytardıq. Kasıbın balasına da oxumaq və dövləti idarə etmək hüququ olduğunu anlatdıq. Kifayət deyilmi?

    Stalin Məhəmməd Əminin əqidəsinə hörmətlə yanaşdığından bolşevik hökumətinin başçısı Leninlə razılığa gəldi ki, Rəsulzadə Lazerevski adına Şərq Dilləri Institutunda yeni yaradılmış milli ideologiya şöbəsində professor kimi dərs deyə bilsin. Proletariatın başçısı vəfat edən ilədək burada çalışan Rəsulzadə anlayırdı ki, daha Moskvada qalması məqsədəuyğun deyil. Bu səbəbdən dərhal müsavatçıların gizli iclasını keçirdi. Müsavatçılar belə qənaətə gəldilər ki, Lenindən sonra öz diktaturasını yaradan Stalin bir gün onları da aradan götürəcək. Qərara alındı ki, Məhəmməd Əmini Moskvadan qaçırmağın vaxtı gəlib. Müsavat Partiyasında ikinci şəxs Mirzəbala Məmmədzadə bu məqsədlə Bakıda gizli vəsait toplayıb Moskvada yaşayan milliyətсә tatar olan bir adama çatdırdı ki, Məhəmməd Əmini Finlandiyaya, sonra isə Türkiyəyə qaçıra bilsin. Amma Stalinin icazəsi olmadan Rəsulzadə Moskvadan çıxa bilməzdi. Ona görə də Stalinə elmi işlə bağlı Peterburqa ezamiyyətə getmək istədiyini bildirdi. Cavabında Stalin dedi:
    - Gedin, sizə kim nə deyə bilər ki...
    Ağlına heç bir şey gətirmədən Moskvam tərk etmək üçün Rəsulzadəyə icazə verdi. Əlində Stalinin şəxsən imzaladığı icazə vərəqi olan Rəsulzadəni Peterburqdan Finlandiyaya keçirdilər. Bir müddət sonra isə Rəsulzadə arxayınlıqla Türkiyəyə yollandı və müharibə başlayandan sonra həmişəlik orada qaldı. Türkiyədə yaşayarkən Məhəmməd Əmin Stalin haqqında xatirə kitabı yazdı. Kitabda Stalinin qəddar xarakterinin әn xırda detallarını açıb göstərsə də, bəzi mәqamlarda diktatoru hətta təriflədi də. Həmçinin, Stalinin yaxşılığı unutmadığından bəhs edib özünün Bakıdan Lahıca qaçmasını təfərrüatıyla xatırladı.

    1920-ci ilin 28 aprelində hökuməti təhvil verdikdən sonra Rəsulzadə Novxanıdakı bağ evinə köçmüşdü. Müsavatçılardan Nəsib Bəy Yusifzadə vaxtaşırı onun yanına gedib-gəlir, Abbasqulu Kazımzadə isə şəhərdə baş verən xəbərləri aparıb-gətirirdi. Sonuncu dəfə Rəsulzadənin yanına gələndə o, dostuna dedi:
    -Məhəmməd Əmin bəy, siz daha burada da qala bilməyəcəksiniz! Əliheydər Qarayev sizin həbs edilməniz haqqında qərar çıxarıb. Bəylər qərara gəliblər ki, sizi Lahıca aparaq. Çünki şəhərlə Novxanının arasında elə böyük məsafə yoxdur. Bakıdan Şamaxıya, oradan Qaraməryamadək bütün yollara bolşeviklər nəzarət edirlər. Odur ki, təcili yığışın!

    Bakını tərk etmək vaxtı çatmışdı. Qərara alındı ki, Sarı Ələkbərə müraciət edilsin. Sarı Ələkbər çoban olsa da, zirək adam idi. O, Rəsulzadəni Müsavatın güclü özəyi olduğu Şubanı dağlarının arasıyla Lahıca aparmağı məsləhət gördü.

    Lakin Abbasqulu Kazımzadə Rəsulzadəni bu ağır səfərə tək buraxmadı. Atlar yəhərləndi. Dağların arasıyla Gimçi kəndinə gəldilər. Orada Seyid Zəki adlı hörmətli bir şəxsin evində yığışıb sonrakı addımlarını müzakirə etməyə başladılar. Gəmçidən Lahıca gedən Seyid Zəki oğlunu Rəsulzadəgilə qoşdu. Lahıca sağ-salamat çatıb dostunun evinə düşsələr də, burada uzun müddət ləngiməyib, tez-tez qaldıqları yeri dəyişirdilər.

    Rəsulzadənin tədbirli tərpənib Bakını tərk etdiyini eşidən Əliheydər Qarayev də hər yana adam salıb, onu axtartdırırdı. Nəhayət, Rəsulzadəni Lahıcda yaxalaya bilib Bakıya gətirdilər. Elə bu məqamda da Stalinin köməyi Rəsulzadənin dadına çatdı.

    Qəzəblənən Əliheydər Qarayev Rəsulzadənin ailəsini Qazaxıstana sürgün etdirdi. 18 yaşlı böyük oğlu Rəsulu isə Bakıda həbs etdirib ermənilərlə dolu Şüvəlan həbsxanasına saldırdı. Burada Qarayev gənc Rəsulu güllələtdirdi. Həbsxana nəzarətçiləri arasında novxanılar olduğundan, onlar Rəsulun xəndəyə atılmasına dözməyib, gecəykən meyidi oğurlayıb Mir Mövsüm Ağanın uyuduğu Şüvəlan qəbirstanlığında torpağa tapşırdılar. Amma, Bolşeviklərin qorxusundan məzara başdaşı qoymadılar. Bu səbəbdən Məhəmməd Əmin Rəsulzadənin oğlu Rəsulun harada dəfn edildiyi haqqında indiyədək də qəti fikir söyləmək, təəssüf ki, mümkün deyil...
    Mənbə
    "EL" jurnalı


    • Bölmədən digər xəbərlər

    XİN-dən sərt açıqlama

    "Ermənistan heç bir ölkənin etibarlı tərəfdaşı hesab olunmur"

    2014-09-02

    İcra başçısı orden aldı

    Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

    2014-09-02

    Norveçin yeni səfiri danışdı (FOTO)

    Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edib

    2014-09-02

    Ərdoğanın gəlişi Azərbaycana nə vəd edir?

    YAP: "Səfərdə həm regional, həm də ölkələrimizi maraqlandıran mövzularda çox ciddi müzakirələr aparılacaq"

    2014-09-02

    Azərbaycan İŞİD-in xəritəsindən çıxarıldı (FOTO)

    İŞİD-in hədəfində olan dövlətlərin yeni siyahısı açıqlandı

    2014-09-02

    Əsgərlərimiz qayıdır (VİDEO)

    Ankarada müalicə olunan əsgərlərimiz 15 günə vətənə dönür

    2014-09-02

    BQXK-dan cavab

    Girovların yaxınlarının istəyinə Komitədən açıqlama

    2014-09-02

    İlham Əliyev Qarabağı almanlarla müzakirə edib

    Prezident Almaniya nümayəndə heyətini qəbul edib

    2014-09-02

    Prezident 54 saylı məktəbdə

    İlham Əliyev məktəbin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub

    2014-09-02

    Kamal Abdullayev AŞ baş katibinin müavini ilə görüşüb

    Görüşdə mədəniyyətlərarası dialoqun inkişafı məqsədi ilə görülən işlərdən danışıb

    2014-09-02

    Ramiz Mehdiyev saytları qınadı

    Bəzi saytlar ordumuza cəmiyyətdə inamsızlıq yaradır

    2014-09-02

    İlham Əliyev 3 həmkarına məktub göndərdi

    Azərbaycan prezidenti Slovakiya, Özbəkistan və Vyetnam prezidentlərini ölkələrinin milli bayramı münasibəti ilə təbrik edib

    2014-09-01

    Baş redaktora orden verildi (FOTO)

    Prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb

    2014-09-01

    Ərdoğanın gəlişi mesajdır (VİDEO)

    "Azərbaycan-Türkiyə dostluğunu istəməyən qüvvələrə mesajdır"

    2014-09-01

    "Ermənistan təcavüzkar siyasətindən əl çəkməsə ..."

    "Azərbaycan bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin edəcək"

    2014-09-01

    Avropaya getmək asanlaşdı

    Aİ və Azərbaycan arasında sadələşdirilmiş viza qüvvəyə mindi

    2014-09-01

    Şahbazın məktublarını kim yazır?

    Kəlbəcər rayonu ərazisində girov götürülmüş Şahbaz Quliyevin yaxınları narazıdırlar

    2014-09-01

    “National Geographic” azərbaycanca (FOTO)

    Jurnalının dərc edilməsinə sentyabr buraxılışı ilə start veriləcək

    2014-09-01

    Ərdoğan Azərbaycana bu təyyarə ilə gəlir (FOTO)

    Şimali Kipr Türk Respublikasına səfər edən prezident səyahət zamanı "TUR" təyyarəsindən istifadə edib

    2014-09-01

    Davudoğlu da Bakıya gəlir

    Əhməd Davudoğlu ilk xarici ölkə səfərini Şimali Kipr və Azərbaycana edəcək

    2014-09-01

    Trend II onilliyin astanasında (VİDEO)

    İnformasiya məkanında xüsusilə məlumatlarının dəqiqliyi ilə seçilən bu agentlik ad gününü qeyd edir

    2014-09-01

    Prezident komandanı qəbul edib (VİDEO)

    İlham Əliyev: "Gənclərin qələbəsi Azərbaycanın nəyə qadir olduğunu göstərir"

    2014-09-01

    Azərbaycanın baş pediatrı analara xəbərdarlıq etdi (VİDEO)

    Süni qida seçərkən diqqətli olun

    2014-09-01

    Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı proqram həyata keçirilib

    Proqramda regionla bağlı tədqiqatlar aparan beynəlxalq elmi qurumlar və beyin mərkəzlərindən olan tədqiqatçılar iştirak edir

    2014-09-01

    Azərbaycanda güclü zəlzələ olacaq?

    Qurban Yetirmişli bu barədə açıqlama verib

    2014-09-01

    Moto Festin möhtəşəm bağlanışı (VİDEO)

    "Bu qədər çoşğunu gözləmirdim. Hər şey möhtəşəm idi"

    2014-08-31

    Sarkisyan Azərbaycandadır

    O, qondarma Dağlıq Qarabağ Respublikasına səfər edib

    2014-08-31

    160 azərbaycanlı İnterpola verildi (FOTO)

    Beynəlxalq axtarışa verilənlərin əksəriyyəti vergidən yayınanlardır

    2014-08-31

    Prezidentlərin görüşü gözlənilir

    İlham Əliyev və Sarkisyan gələn həftə Uelsdə görüşə bilərlər

    2014-08-31

    Ərdoğan Bakı səfərini anonsladı

    Türkiyənin 12-ci prezidenti prezident kimi ilk gedəcəyi ölkələri sadalayıb

    2014-08-31

    Ərdoğan Bakıya gəlir

    Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq

    2014-08-31

    İlham Əliyev təbrik etdi

    Azərbaycan Prezidenti dövlət başçılarına səmimi arzularını bildirib

    2014-08-30

    Xarici baykerlərin Şəkiyə gəlişi davam edir (VİDEO)

    Rusiyadan gələn bayker Mixail üç gündür ki, yol gəldiyini deyir

    2014-08-30

    Müharibə başlasa... (VİDEO)

    "Jurnalistlərimiz ən pis halda hərbi sirrimizi düşmənə faş edəcək"

    2014-08-30

    Minsk qrupundan açıqlama

    Azərbaycan və Ermənistan prezidentləri Uelsdə görüşə bilər

    2014-08-30

    XƏBƏR LENTİ
    03.09.2014