ABU-nun tələbələri 9 universitet arasında bölünəcək

Təhsil Nazirliyi həmin universitetlərin siyahısını elan etdi


Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələrinin yerləşdiriləcəyi universitetlərin siyahısı açıqlanıb. Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, ABU-da qanuni təhsil alan 200-dək tələbə müvafiq ixtisaslar üzrə 9 özəl ali məktəblər arasında bölüşdürüləcək.

Həmin universitetlər isə bunlardır: “Odlar Yurdu” Universiteti, Bakı Asiya Universiteti, Bakı Qızlar Seminariyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İctimai-Siyasi Kolleci, Bakı Biznes Universiteti, Avrasiya Universiteti, “Təfəkkür” Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyası.

Xatırladaq ki, sentyabrın 1-dən Təhsil Nazirliyi ABU-nun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Belə ki, həmi ali məktəbin rəhbərliyi universitetin lisenziyasının uzadılması üçün müraciət edib. Amma Təhsil Nazirliyinin Lisenziya Komissiyası məsələ ilə bağlı araşdırma apardıqdan sonra lisenziyanın müddətinin uzadılmaması barədə qərar verib. Səbəb kimi isə məktəbin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlardır.

Kəmalə Məmmədova, Təhsil