BU GÜN04.07.2009
HAVA
BAZAR
NAMAZƏsr
18:57
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN



Din / 02.02.2008 16:15
"Allah hafizlərə cənnət bəxş edəcək"
Hafiz Rəhman Nuriyev: “Quranı əzbərləyənin valideynləri müşrik belə olsalar, qiyamət günündə əzabları yüngülləşər”

- Hafiz kimdir, hafizlik nədir?

- Hafiz sözü ərəbcə olub, mənası qorumaq, mühafizə etmək deməkdir. İslam ədəbiyyatında isə hafiz, Qurani Kərimi başdan sona qədər əzbərləyənlərə deyilir. Əslində isə hafiz sadəcə Quranı əzbərləyənlər deyil. Bu baxımdan hicri II, III əsrlərdə yaşamış hafizlərlə indiki hafizlər arasında çox fərq var. O dövrün alimləri İslami elmləri (buraya hədis, təfsir, fiqh, əqaid, əhkam, əsbabı-nüzul və s. daxildir) ən yüksək səviyyədə bilməli və bunlarla yanaşı Qurani Kərimi başdan sona qədər əzbərləyib “Hafiz” titulu almalıydı. Misal üçün, “İbni Kəsir təfsiri” kitabının yazıçısı Hafiz ibni Kəsir bu adı sadəcə Quranı əzbər bildiyi üçün yox, eyni zamanda hədis elmində müəyyən bir mərtəbəyə çatdığı üçün alıb. Bu sahənin elmi dərəcələri belə sıralanır: Muhaddis, Musnid, Hafiz və ən yüksək dərəcə Hüccət. Hüccət 800 minlə 1 milyon arasında hədis əzbərləyənlərə deyilir. İmam Qəzali hüccət səviyyəsinə çatmış bir İslam alimi olub. Ancaq bu gün texnikanın inkişafı ilə hədislər və bütün islami biliklər həm kitablar şəklində, həmdə internet vasitəsilə əlimizin altındadır və istədiyimiz vaxt, istədiyimiz məlumatı əldə etmək mümkündür. Buna görə də dövrümüzdə sadəcə Quranı əzbər bilən insan “Hafiz” adını ala bilər və dünyanın harasında olursa olsun hafiz deyildiyi vaxt Quranı əzbərləyən insan nəzərdə tutulur.

- Hər müsəlman hafiz ola bilər?

- Təbii ki, istəyən hər müsəlman hafiz ola bilər.

- Hafiz olmaq üçün hansı yaşda başlamaq lazımdır?

- Bunun üçün aşağı və yuxarı yaş məhdudiyyəti yoxdur. Kiçik bir uşaq dil açdıqdan sonra yazmağı oxumağı öyrənməsindən etibarən hafizliyə başlaya bilər. Tarixin və müasir mətbuatın qeydlərindən öyrənirik ki, hətta 4 yaşlı hafizlər də olub və hal-hazırda da var. Hafizliyə başlamaq üçün minimum yaş həddi 3-4 də ola bilər. Bu yaşlardan başlayaraq ömrün sonuna qədər hər bir insan hafiz ola bilər.

- Qızların hafiz olması mümkündür?

- Bəli, mümkündür. Hazırda dünyada yüzminlərlə hafizə qadın (qadınlara hafizə deyilir) var. Hətta Azərbaycanın da 4 qadın hafizəsi var. Necə ki, qadınlar həyatın hər sahəsində kişilər kimi məktəb, universitet oxuya bilirsə, hafiz də ola bilərlər. İslam dinində hər sahədə olan qender bərabərliyi, hafizlik sahəsindəı də var.

- Azərbaycanda hafizliyin inkişafı hansı dövrə təsadüf edir?

- Hafizlik məktəbi Azərbaycanda ilk dəfə 1992-ci ildə Türkiyədən gələn hafizlərin təşəbbüsü ilə Şəki şəhərində yaranıb. Bu faliyyət ilk başladığı günlərdə ibtidai səviyyədə aparılırdı. O vaxtlar 15 nəfərə yaxın tələbə vardı və onlar hamısı səhər mədrəsəyə gəlib axşam evə qayıdırdılar. Bir neçə ay sonra isə bu faliyyətə xitam verildi. Bundan sonra 1993-cü il Şəki şəhəri Cümə məscidinin nəzdində açılan İslami elmlər mədrəsəsində yenidən hafizlik tədrisinə başlanılıb. Açıldığı dövrdə və hal-hazırda bu məktəbin Azərbaycanda analoqu yoxdur. (İnşallah çoxalmasını təmənna edirəm.) 1993-cü ildə başlayan bu mədrəsənin 26 tələbəsi vardı. Ancaq bir müddət sonra mədrəsənin imkanları genişləndikcə tələbələrin sayı da çoxalmağa başladı. 1995-ci il aprel ayında iki tələbə Quran əzbərini başa vuraraq keçmiş sovet Azərbaycanının ilk hafizləri olmaq şərəfinə nail oldular. Bunlardan biri mən özüm və digəri hazırda İstanbulda tibb aspiranturasında təhsilini davam etdirən Anar Salmanovdur. Hazırda Azərbaycanın 141 hafizi var. Bu hafizlər dünyanın bir çox ölkəsində, Türkiyədə, Rusiyada, İranda və Ərəbistandakı ali məktəblərdə öz təhsillərini davam etdirirlər. Onların arasında maqistura, doktorantura səviyyəsinə yüksələnlər var.

- Son günlər dünya ölkələrində keçirilən Quran yarışlarında Azərbaycanın adı heç çəkilmir. Bunun səbəbi nədir?

- Təəssüf ki Rusiyada keçirilən axırıncı hafizlik yarışması üçün Azərbaycana dəvətnamə gəndərilməyib. Belə bir yarışın keçirildiyini Biz ancaq mətbuatdan öyrənə bildik. Hətta anspress.com saytında da bu yarışda Azərbaycanın təmsil olunmaması ilə əlaqədar iradlar oldu. Biz sizə xəbər də göndərdik bu yarışa dəvət olunmadığımıza dair. Biz dəvət olunduğumuz bütün yarışlara hafiz göndəririk. İndiyə qədər bizim hafizlərimiz dünyanın müxtəlif ölkələrində yarışlarda iştirak edib, Azərbaycanı təmsil və təbliğ ediblər. Azərbaycanlı hafizlər Səudiyyə Ərəbistanında dəfələrlə, İran İslam respublikasında iki dəfə, Liviyada iki dəfə, İordaniyada iki dəfə, Türkiyədə iki dəfə, Dubayda bir dəfə, Rusiyanın Kazan vilayətində, Qazaxıstanda və Qırğızıstanda keçirilən hafizlik yarışlarında ölkəmizi təmsil ediblər. Buna sevidirici hal kimi baxmaq olar ki, dünyadakı peşəkar hafizlik müəssisələrinin tələbələri ilə eyni yarışlarda iştirak edən hafizlərimiz Qırığızıstandakı yarışda 1, 2 və 3-cü yerləri, Qazaxıstanda keçirilən yarışda 4-cü yeri tutublar.

- Belə yarışlar üçün dəvətnamə Azərbaycanda konkret kimə göndərilməlidir?

- Azərbaycanın ən ali dini qurumu “Qafqaz müsəlmanları idarəsi”dir. (QMİ) Dünyada da Azərbaycanın dini müəssisəsi kimi bu qurum tanınır. Ona görə də xarici ölkələrdən belə dəvətnamələr birbaşa QMİ-yə göndərilir. Həmin qurumdan da Şəki İslam mədrəsəsinə və ya bizim yeni qurduğumuz “Azərbaycan hafizlər cəmiyyəti”nə göndərilir. Biz də yenə QMİ vasitəsilə dəvətnamə göndərən ölkəyə müvafiq cavabı göndəririk. Bəzən də dəvətnmələr gec gəldiyindən yarışlara qatıla bilmirik. Misal üçün keçən il Malaziyadan bir dəvətnamə gəldi. Ancaq bu dəvətnamə Xarici İşlər Nazirliyindən QMİ-yə, ordan da bizə çatdırılana qədər artıq yarışın vaxtı keçmişdi. Bu bəlkə də ondan irəli gəlir ki, dövlətin rəsmi qurumlarından bəzilərində, Azərbaycanda hafizlər və hafizlik müəssisənin olduğunu bilmirlər. Ona görə də hesab edirlər ki, bu dəvətlərə cavab verilməyəcək. Son iki ildə isə bu proses bir qədər sürətlənib. Biz bu işlə ciddi məşğul olmaq üçün Azərbaycan hafizlər cəmiyyətini yaratmışıq.

- Hafizlər ancaq din xadimi və ya ilahiyyətçı olmalıdır?

- Xeyr! Əsla elə bir qayda yoxdur ki, hafiz hökmən din xadimi olacaq. Qurani Kərim insanlara göndərilən ən axırıncı və ən mükəmməl ilahi mənbəli kitabdır. O ilahi kitabı əzbərləyən insan da daha çox şeyi əhatə etməyi bilməlidir. Quranda buyurulan əmrləri, göstərilən yolları öyrənməli, bunları həyat prnsipləri halına gətirməlidir. Hafiz olan şəxs sadəcə dinin hüdudları içində qalmamalıdır. Qalmır da. Hazırda bizim müxtəlif sahələrdə təhsil alan azərbaycanlı hafizlərimiz var. Tibb fakultəsində oxuyan üç azərbaycanlı hafiz var. Onlardan biri ali təhsilini başa vurub və aspirantura pilləsində təhsilinə davam edir. İnşallah hafiz həkim olacaq. Bundan başqa hüquq sahəsində, iqtisadiyyat sahəsində, şərqşünaslıqda, filalogiya sahəsində və s. təhsil alan hafizlərimiz var. Hesab edirəm ki, hafiz həkimin, hafiz hüquqçunun və hafiz olan digər peşə sahiblərinin insana baxışı çox fərqlidir. Onlar insana Allahın da Quranda buyurduğu kimi, Yaradanın ən mükəmməl əsəri kimi baxırlar. Bunun da ictimaiyyət üçün çox böyük faydaları var.

- Hafizliyin məsuliyyətləri nələrdir?

- Hafizliyin ilk məsuliyyəti budur ki, Qurani Kərimi əzbərləyən insan onu unutmamalıdır. Unutmaqla bağlı Hz. Muhammədin (SAV) bəzi tövsiyyələri də var. “Quranı hafizənizdə qorumağa səy göstərin. Mühəmmədin canını qüdrəti ilə əlində tutan Allaha and içirəm ki, Quranın yaddaşdan silinməsi, bağlı dəvənin ipindən açılıb qaçmasından da sürətlidir”. “Quranı əzbərləyənin valideynləri müşrik belə olsalar, qiyamət günündə əzabları yüngülləşər”. “Kim Quranı oxuyar, əzbərləyər və onunla əməl edərsə, qiyamət günü ata-anasına nuru dünya günəşinin parlaqlığından daha gözəl bir tac geydirilər”. “Kim Quranı oxuyar, gözəl bir şəkildə əzbərləyər, halalını-halal, haramını haram qəbul edərsə, Allah bunun əvəzində o adamı cənnətə göndərər. O da öz ailəsindən cəhənnəmə düşmüş on nəfərə də şəfaətçi olar”. Bunun üçün də hər zaman Quranı oxumalı və əzbərini təkrarlamalıdır. Böyük əziyyətlər nəticəsində hafiz olmuş bir insanın əzbərlədiklərini unutmasının böyük məsuliyyəti var. Belə insan Qurani Kərimə xəyanət etmiş olur./ANS PRESS/

P.S. Mətndə göstərilən islami terminlərin mənası: Hədis - peyğəmbər kəlamı, Təfsir - Quranın ətraflı açıqlaması, Fiqh - İslam dini ilə bağlı lazım olan bütün məlumatlar, Əqaid - Allah inancı ilə bağlı məlumat, Əhkam - Quranda hökm ayətləri, Əsbabı-nüzul - Quran ayələrinin göndərilmə səbəbləri.

© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
04.07.2009
15:22 Bakıdakı şadlıq sarayından toy məclisi zamanı pul qutusu oğurlanıb
15:19 Bolqarıstanda ağır yol qəzası baş verib, 11 türk ölüb
14:44 Şimali Koreya 7-ci raketini buraxdı
14:36 İsa Qəmbər: "Nümayəndə heyətlərinin səfərinin heç bir əhəmiyyəti yoxdur"
14:20 Yasamal və Nərimanov rayonlarında silah sursat tapılıb
14:11 Əfqanıstanda 2 ABŞ əsgəri həlak olub, 4-ü yaralanıb
14:10 Ermənistanın müdafiə naziri İrana dəvət edilib
13:57 İran MAQATE-nin yeni sədrinə müraciət edib
13:25 Şimali Koreya beşinci raketini buraxdı
13:20 Ər arvadını qətlə yetirib
13:05 ATƏT sədri Levon Ter Petrosyanla görüşüb
12:57 “Mançester Yunayted” Maykl Ouenlə müqavilə imzalayıb
12:27 Naxçıvanda ruhi xəstə qohumunu qətlə yetirib
12:24 Maykl Ceksonla vidalaşmaq üçün iki saat ərzində 500 min nəfər müraciət edib
11:53 "Azərbaycan hökuməti öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır"
11:38 İnquşetiyada milis maşını atəşə tutulub, 9 nəfər ölüb
11:30 Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib
11:15 Dağıstan və Azərbaycanın gənclər nazirləri arasında qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanacaq
11:12 Azərbaycanın paralimpiya üzrə komandası Macarıstanda ilk qızılını qazanıb
11:05 “Neftçi” Azərbaycan çempionu adını qazandı
10:49 Ölkədə havaların normadan artıq isti olması ilə əlaqədar iş dayandırıla bilər
10:44 Doku Umarov sağ olduğunu və Rusiya ilə mübarizəni davam etdirəcəyini deyib
10:28 Avropada bir gündə 642 nəfər "donuz qripi"nə yoluxub
10:27 Daha bir Azərbaycan güləşçisi Avropa çempionu oldu
10:25 Azərbaycanlı idmançılar Malaziyada təlim məşq toplanışı keçəcəklər
10:23 Şimali Koreya bir sutka ərzində dördüncü raketi buraxıb
09:45 QAT Qarabağa səfərə etiraz olaraq aksiyalara başlayacaq
09:33 Rumıniya Azərbaycandan daha böyük həcmdə neft almaq niyyətindədir
09:11 Ermənistan silahlı qüvvələri bir istiqamətdə atəşkəsi pozub
09:10 Paytaxtdakı şadlıq sarayında və marketlərdə yararsız qida məhsulları aşkarlanıb (SİYAHI)
08:58 Sankt-Peterburq Teatrı Bakıya qastrol səfəri edəcək
08:55 Abdulla Gül Medvedevə zəng edib
08:36 Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd dollara çatıb
06:38 Türkiyəli Abbas Koca 118 yaşını qeyd edib
06:15 Son iki gün ərzində dünyada daha 12 720 nəfərin H1N1 virusuna yoluxduğu təsdiqlənib
06:03 Londonda “donuz qripi”ndən ilk ölüm faktı qeydə alınıb
05:33 Kolumbiyada zəlzələ baş verib
05:11 Madonna səhnəyə çıxmadan əvvəl “Fatihə” surəsini oxuyur
04:32 Bəşər Əsəd Barak Obamanı təbrik edib
04:02 Seçkilərdə səs vermək üçün Bolqarıstana gedən türklər irqçilərin etirazı ilə qarşılaşıb
03:22 Londondakı yanğında ölənlərin sayı 6 nəfərə çatıb
03:01 Rəcəb Tayyib Ərdoğanın cangüdəni avtomobil qəzasında ölüb
02:47 Fransada qatar traktorla toqquşub, 13 nəfər yaralanıb
02:16 «Mən yaradıcılığım vasitəsilə Azərbaycanın tarixi ilə bağlı yalanları düzəltməyə çalışıram»
01:53 Sudanın Darfur əyalətində iki QHT işçisi oğurlanıb
01:44 Əfqanıstanda Kanada hərbçisi həlak olub
01:23 Londondakı 12 mərtəbəli binada yanğın: iki uşaq həlak olub
01:15 Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib
01:12 Sara Peylin Alyaska ştatının qubernatoru vəzifəsindən gedir
01:02 Maykl Ceksonla vida mərasimində yalnız biletlə iştirak etmək mümkün olacaq
00:06 Mixail Saakaşvili: “Müxalifətin hərəkətləri nəticəsində 20 min iş yeri itirmişik”
03.07.2009
23:30 Səudiyyə Ərəbistanında A/H1N1 virusuna yoluxanların sayı 100 nəfəri ötüb
23:16 Avropa Parlamenti Barrozu ilə bağlı qərarı təxirə salıb
23:04 Eressun körfəzində iki yük gəmisi toqquşub
22:55 Cənubi Koreya şımal qonşusu ilə müharibəyə hazırlaşır
22:48 "Ya Batumidəki kimi dəbdəbəli otelləri inşa edək, ya da Tiflisdəki kimi çadır şəhərcikləri"
22:20 "İçərişəhərlə bağlı aparılan siyasət davam etdiriləcək"
21:51 Rusiya ilə ABŞ hərbi əməkdaşlığı bərpa edir
21:28 Qaz tarifləri yenidən aşağı salına bilər
21:12 Bir qrup dənizçiyə "Tərəqqi" medalı verilib
21:05 Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti Bakıya gəlib
20:44 İtaliyadakı partlayış nəticəsində həlak olanların sayı artıb
20:40 Seulda Kim Çen İrin portretləri yandırıldı
20:33 Polşa prezidentinin Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb
20:23 Pakistanda hərbi helikopter qəzaya uğrayıb
20:15 Sankt-Peterburqda “Boeing-737” təyyarəsi qəzalı eniş etmək məcburiyyətində qalıb
20:11 Azərbaycan prezidenti amerikalı həmkarını ABŞ-ın müstəqillik günü münasibətilə təbrik edib
20:00 “Obamanın səfərindən çox şey gözləyirik”
19:54 Əfqanıstanda partlayış baş verib
19:44 Moskva Kuril adaları ilə bağlı məsələyə reaksiya verdi
19:36 Türkiyə XİN başçısı «Nabukko» layihəsini ölkəsinin enerji prioriteti kimi dəyərləndirib
19:25 Azərbaycanın Rusiyadakı səfiri Ermənistan prezidenti ilə görüşüb
19:20 Qusar rayonunda Dağıstan gəncləri günü keçiriləcək
19:08 Bakıda ilk dəfə olaraq milli kabab festivalı keçirilib
18:56 ABŞ və Rusiya hərbi yüklərin tranziti barədə razılıq əldə etməyi planlaşdırır
 
©  2006-2009 ANS-PRESS Rambler's Top100 Back to top ^^