|
Mədəniyyət / 05.05.2008 18:17 Xalq artisti Səfa Qəhrəmanov bu gün vəfat edib
Muğam ustadı Qanköçürmə İnstitutunda xroniki leykozdan dünyasını dəyişib
Xalq artisti Səfa Qəhrəmanov bu gün saat 13.00 radələrində Qanköçürmə İnstitutunda xroniki leykozdan vəfat edib. Səfa Qəhrəmanovun cənazəsi doğulduğu Ağcəbədi rayonunun Minəxorlu kəndinə bu gün aparılıb. Xatırladaq ki, muğam ustası Səfa Qəhrəmanov 1992-ci ildən Opera və Balet Teatrının muğam bölməsinin solisti idi. Teardakı 16 illik fəaliyyəti ərzində o, Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasında Məcnun, İbn Səlam, Məcnunun atası, Müslüm Maqomayevin «Şah İsmayıl» operasında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun «Aşıq Qərib» orerasında Şeyx, Vasif Adıgözəlovun «Natəvan» operasında və Niyazinin «Rast» baletində xanəndə obrazlarını yaradıb. Allah rəhmət eləsin!/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|