|
Siyasət / 29.08.2008 19:16 Rəsmi Tiflis Rusiya ilə diplomatik əlaqələri kəsdi
Moskvadakı Gürcüstan diplomatları sabah geri çağırılacaq
Rusiyadakı Gürcüstan diplomatları sabah geri çağırılacaq. Bunu jurnalistlərə Gürcüstanın xarici işlər nazirinin müavini Qriqol Vaşadze bildirib. Onun sözlərinə görə, Gürcüstan hökuməti parlamentin «Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı haqqında» qətnaməsini yerinə yetirir. Qətnamədəki maddələrdən biri Rusiya ilə diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutur. Nazir müavini deyib ki, bu qərar, Gürcüstan və Rusiya XİN-ləri arasındakı əlaqələrin tam kəsilməsi demək deyil. Belə görüşlər üçüncü ölkə ərazilərində keçirilə bilər. Qriqol Vaşadze onu da bildirib ki, hazıra danışıqların aparılması üçün Gürcüstanın Rusiyada, Rusiyanın isə Gürcüstanda səfirliyinin mövcud olması vacib deyil. Qriqol Vaşadzenin sözlərinə görə, bundan sonra Gürcüstanın Rusiyada, Rusiyanın isə Gürcüstanda siyasi iş aparan diplomatik nümayəndəlikləri olmayacaq. Gürcüstan Rusiyada yalnız konsulluğunun fəaliyyətini dayandırmayıb. Çünki Venesiya konvensiyasında görə diplomatik əlaqələrin kəsilməsi konsulluq əlaqələrinin pozulmasını nəzərdə tutmur: «Rusiya ərazisində yaşayan Gürcüstan vətəndaşlarının, eləcədə Gürcüstanda yaşayan Rusiya vətəndaşlarının sayını nəzərə alaraq, humanitar məsələlər öz həllini tapmalıdır. Ona görə də hər iki ölkənin konsulluqları fəaliyyətini davam etdirəcək». Rəsmi Moskva isə Gürcüstanın öz diplomatlarını ceri çağıracağı barəə xəbəri təəssüflə qarşılayıb. Bunu Rusiya XİN-in rəsmisi Andrey Nesterenko bildirib: «Biz Gürcüstan tərəfinin bu addımında təəssüflənilir. Bu, ikitərəfli əlaqələrin faydasına olmayacaq».
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|