|
İqtisadiyyat / 29.08.2008 20:29 Azərbaycanda bank xidmətlərindən istifadə edənlərin sayı artıb
Bankların öz öhdəliklərini yerinə yetirməsi və əhalinin əmanətlərinin qaytarılmasında problemlərin olmaması ölkə vətəndaşlarını daha da ürəkləndirib
Azərbaycanda pullarını banka etibar edənlərin sayı artıb. Son illər bankların öz öhdəliklərini yerinə yetirməsi və əhalinin əmanətlərinin qaytarılmasında problemlərin olmaması ölkə vətəndaşlarını daha da ürəkləndirib. Banklarda problem yarandığı təqdirdə və ya bank müflisləşsə belə vətəndaşlar öz pullarınının 6 min manatını geri ala biləcəklər. Bunu isə əmanətlərin sığortalanması fondu həyata keçirəcək. Fondun rəhbəri Azad Cavadovun sözlərinə görə hazırda ölkədə fəaliyyət gösətərən 38 bank fondun üzvdür. “Azərbaycanda əmanətlərin qəbulu yüksək templə inkişaf edir. Son illərdə banklar tərəfindən çoxlu əmanətlər cəlb olunub. Artım təqribən ildə 60 faiz təşkil edib. Bu il ilk yarım illikdə 20 faiz artım olub. İl başa çatandan sonra demək olar ki, nə qədər olub artım. Bizdə olan qorunan əmanətlər 1 milyard 200 milyondur. Əvvəllər əmanətlərdə daha çox üstünlük verilirdi dollarda son illər manat üstünlük verilir. Manatın artımı dollara nisbətən daha çox təşkil edir. Deməli hazırda fondda toplanan vəsaitlərdən 43 faizi manat təşkil edir. 49 faizi dollar. 8 faizi avro təşkil edir”. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|