|
İqtisadiyyat / 30.08.2008 00:34 Son günlər Rusiya gömrüklərində Türkiyəyə məxsus yük maşınlarına ciddi maneələr yaradılır
Kürşat Tüzmen: “Bizi narahat edəni, biz də narahat edərik”
Sentyabrın 1-dən etibarən Türkiyə Rusiya ilə ticarət sahəsində xüsusi tədbirlər paketi tətbiq edəcək . Türkiyənin dövlət naziri Kürşad Tüzmən bu gün keçirdiyi mətbuat konfransinda bildirib ki, son günlər Rusiya gömrüklərində Türkiyəyə məxsus yük maşınlarına səbəb göstərilmədən ciddi maneələr yaradılır. Onların hərəkətinə icazə verilmir, bəzi hallarda isə mallar elə gömrük zonasında boşaldılır. Türkiyənin Rusiyanın ticarət etdiyi ölkələr arasında 5-ci yeri tutduğunu yada salan dövlət naziri bəyan edib ki, bu tipli addımlar Rusiya kimi yaxın tərəfdaş ölkəyə yaraşmır. Nazir bildirib ki, rəsmi Ankara həmişə Rusiya ilə əlaqələrin yaxşı olmasına çalışıb. Son baş verənlər isə türk tərəfini təxirəsalınmaz tədbirlər görməyə vadar edib. Kürşad Tüzmənin sözlərinə görə, Rusiyaya qarşı eynilə onun Türkiyənin qarşısına qoyduğu maneələr tətbiq ediləcək. O fikrini qisaca belə izah edib. “Bizi narahat edəni, biz də narahat edərik”. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|