|
Hadisə / 29.08.2008 21:48 Sabah Türkiyədə 30 avqust Zəfər bayramının 86-cı ildönümüdür
Baş qərargahda keçiriləcək tədbirə prezident və baş nazirin xanımları hicablı olduqları üçün dəvət olunmayıblar
Sabah Türkiyədə 30 avqust Zəfər bayramının 86-cı ildönümüdür. Bu məqsədlə Ankarada bəzi tədbirlər keçiriləcək. İlk tədbir Atatürkün movzeleyində keçiriləcək. Daha sonra Türkiyənin yeni baş qərargah rəisi təyin olunan Ordu Generalı İlker Başbuğ yeni vəzifəsi münasibətilə Baş qərargah binasında təbrikləri qəbul edəcək. Bayram münasibəti ilə baş qərargahda İlker Başbuğun dəvəti ilə rəsmi qəbul keçiriləcək. Rəsmi qəbula Türkiyənin prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, parlamentin spikeri Köksal Toptan, ana müxalifət lideri Dəniz Baykal, eləcə də bəzi müğənnilər dəvət edilib. PKK terror təşkilatının siyasi cinahı hesab olunan Demokratik Toplum Partiyası (DTP) isə bu qəbula dəvət edilməyib. Bundan başqa, hicablı olduqları üçün prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşları da qəbula dəvət olunmayıblar. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|