|
Hadisə / 29.08.2008 23:05 İstanbulda "Əl-Qaidə" terror təşkilatının üzvü hesab olunan 21 nəfər saxlanıb
Polis rəsmisi onların terror aktına hazırlaşdıqlarını bildirib
Türkiyənin İstanbul şəhərində terrorla mübarizə şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində "Əl-Qaidə" terror təşkilatının üzvü olduğu güman edilən 21 nəfəri saxlayıblar. Polis rəsmisi, saxlanılanlar arasında Əfqanıstanda siyasi və hərbi təlim alanların da olduğunu bildirib. Bundan başqa, rəsmi mənbə, saxlanılanların terror aktı üçün hazırlıq gördüklərini də bildirib. Hazırda hadisə ilə bağlı istintaq davam edir. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|