|
İqtisadiyyat / 29.08.2008 23:54 Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi artıb
Bu ilin altı ayı ərzində ölkə iqtisadiyyatına yatırılan investisiyanın miqdarı 4 milyard 532 milyon manat olub
Bu ilin yanvar-iyulunda Azərbaycan iqtisadiyyatına 4 milyard 532 milyon manat investisiya yatırılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ötən ilin müvafiq dövrüylə müqayisədə 34,2 faiz çoxdur. Sərmayələrin təqribən yarısı daxili investisiyaların payına düşür və bunun da çoxu büdcə vəsaitləridir. Büdcədən ayrılan vəsaitin böyük hissəsi infrastruktur layihələrinin, yolların, nəqliyyat qovşaqlarının, Oğuz-Qəbələ su kəməri, modul elektrik stansiyalarının inşasına xərclənir. Qeyd edək ki, hökumətin proqnozlarına görə, bu il Azərbaycan iqtisadiyyatına 6 milyard 246 milyon manat sərmayə yatırılmalıdır. Artıq 7 ayda proqnozun 73 faizi təmin olunub. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə ümumi investisiyaların həcmi 6 milyard 775 milyon manat təşkil edib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|