|
Afişa / 18.11.2008 14:23 Heydər Əliyev adına Sarayda «Məhəbbət əfsanəsi» baleti nümayiş etdiriləcək
SSRİ Xalq Artisti Arif Məlikovun 75 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək
Sabah Azərbaycan Dövlət Filarmoniyasında Arif Məlikovun 75 illiyinə həsr olunmuş simfonik konsert keçiriləcək. Konsertdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellasının iştirakı ilə baş tutacaq. Simfoniyanın dirijoru Rauf Abdullayevdir. 19-30 noyabr - Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş səyyar sərgi Azərbaycan Dövlət Filarmoniyası 21-22 noyabrda Heydər Əliyev adına Saray - Arif Məlikovun «Məhəbbət əfsanəsi» baletinin nümayişi, 20 noyabr -Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş səyyar sərgi Azərbaycan Dövlət Filarmoniyası 23 noyabrda Heydər Əliyev adına Saray- dünya şöhrətli sənətçi Corc Balançinin xoreoqrafiyasında biraktlı baletlərin nümayişi, 24 noyabrda Azərbaycan Dövlət Filarmoniyası II simfonik konsert, 26 noyabr- Azərbaycan Dövlət Filarmoniyası-III simfonik konsert. İştirak edirlər-Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri. Konsertin dirijoru Fəxrəddin Kərimovdur. 27 noyabr- Azərbaycan Dövlət Filarmoniyası Arif Məlikovun əsərlərindən ibarət kamera konserti, Bakı Musiqi Akademiyası. 28 noyabr- A.Məlikovun estrada mahnılarından ibarət konsert (Muğam Teatrı - A.Qazıyev) 30 noyabr- Azərbaycan Dövlət Filarmoniyası IV simfonik konsert 20 noyabr- Arif Məlikovun 75 illiyinə həsr olunmuş elmi konfrans İl boyu - Klub, kitabxana və muzeylərdə, uşaq musiqi və incəsənət məktəblərində Arif Məlikovün 75 illiyinin qeyd olunması ilə bağlı silsilə tədbirlər./ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|