BU GÜN04.07.2009
HAVA
BAZAR
NAMAZZöhr
13:48
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN



Redaktordan / 18.11.2008 16:22
Çoxüzlü üçlük
Özünütəkzib üzərində qurulan siyasətdən nəsə gözləməyə dəyməz

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri İrəvanda Azərbaycan mətbuatını hədəf seçib. O, Bakıda verdiyi «Ermənistan Azərbaycan ərazilərini geri qaytarmalıdır» bəyanatını təkzib edib və Azərbaycan mətbuatı barəsində aşağılayıcı ifadələr işlədib: «Azərbaycan mətbuatı istər siyasət, istərsə də kənd təsərrüfatı olsun, hər şeyi birtərəfli qaydada şərh edir. Müsahibəni rus, yoxsa ingilis dilində verdiyimi xatırlamıram. Amma mənim sözlərim ən azı iki dəfə tərcümə və ya təkrar tərcümə edilib. Mən jurnalistlərə qarşı hörmətimi ifadə etməyə və suala cavab verərkən hanısa boş sözlərdən istifadə edə bilmərəm». Bunları o adam deyir ki, ATƏT-in Minsk Qrupunun həmsədridir və indiyədək onun dinlindən yalnız boş sözlər eşitməyə öyrəşmişik.

Metyu Brayza həmişə İrəvandakı bəyanatlarını Bakıda, Bakıdakı çıxışlarını isə İrəvanda təkzib etməklə məşğul olub. Bilmirəm bunun adına diplomatiya demək olarmı? Hər nədirsə, Metyu Brayza bunu adətə çevirib. O, həmişə verdiyi bəyanatları təkzib edərkən məsuliyyəti ya tərcümənin, ya da mətbuatın üzərinə atmağa çalışır. Maraqlı olan budur ki, niyə belə hadisələr başqa diplomatların başına gəlmir və «yanlış tərcümə»dən, ya da «təhrif»dən əziyyət çəkən yalnız Metyu Brayzadır?.. Deməli, günahı diplomatın özündə axtarmaq lazımdır. Ola bilməz ki, bir diplomatın hər səfərində hansısa bəyanatı təhrif olunsun və ya tərcümədə yanlışlığa yol verilsin.

Əslində, siyasəti kənd təsərrüfatına çevirənlər ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Onların 1994-cü ildən bu yana göstərdiyi fəaliyyəti siyasət adlandırmaq çətindir. Əgər bu siyasətdirsə, onda yalan siyasətidir. ATƏT-in Minsk Qrupu 14 il ərzində heç nəyə nail olmayıb. Əksinə, üç həmsədr regiona mütəmadi səfərlər edib, boş bəyanatlar verib və bir də baxmışıq ki, həmsədrlər dəyişdirildi. Bundan sonra yeni həmsədrlər başlayıblar münaqişə ilə tanış olmağa. Tanışlıq prosesi başa çatan kimi yeni dəyişikliyin vaxtı yetişib. Beləliklə, Azərbaycan və Ermənistan ictimaiyyəti yalnız həmsədr dəyişikliyini izləməklə məşğul olub. Bu vəziyyət Ermənistan ictimaiyyətinə təbii ki, sərf edir. Amma Azərbaycan xalqı haqqında bunları demək çətindir. Bizə həmsədr dəyişikliklərini izləmək yox, vəziyyəti dəyişmək lazımdır. Qaçqınlıqda doğulan körpələrin indi 18-19 yaşı var, amma vəziyyət dəyişmir. Çünki fəaliyyətsiz bir qurumun yalanları ilə üz-üzəyik. İşi-gücü ictimaiyyətə yalan danışmaqdan ibarət olan həmsədrlərdən biri isə Azərbaycan mətbuatını yalançılıqda ittiham edir. Özü də bu ittihamı Bakı olanda yox, yalnız buradan gedəndən sonra İrəvanda səsləndirir.

Həmsədr dəyişikliyi demişkən, Metyu Brayzanın özünün də dəyişdirilməsinə az qalıb. Birləşmiş Ştatların yeni prezidenti fəaliyyətə başlayan kimi iş başına yeni komanda gətiriləcək və hansısa cənab ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olacaq. Və… Tarix təkrarlanmağa başlanacaq. Yeni həmsədr 20 illik münaqişə ilə tanış olmağa başlayacaq. Bunun üçün dəfələrlə regiona səfərlər edəcək, Avropanın ayrı-ayrı şəhərlərində həmsədrlərin məsləhətləşmələri olacaq və s. Yəni, hər şeyi başdan başlayacaq. Avropanın hansısa həşərinin adı ilə yeni təkliflər meydana çıxacaq, bunun ətrafında uzun-uzadı müzakirələr başlayacaq. Vəziyyət isə yerindən tərpənməyəcək. Bu, o vaxta qədər belə davam edəcək ki, həmsədrlər ortaya əsl mövqe qoyacaqlar. Yoxsa özünütəkzib üzərində qurulan siyasətdən nəsə gözləməyə dəyməz.

Mahir Məmmədli /ANS PRESS/

 

 

© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
04.07.2009
06:38 Türkiyəli Abbas Koca 118 yaşını qeyd edib
06:15 Son iki gün ərzində dünyada daha 12 720 nəfərin H1N1 virusuna yoluxduğu təsdiqlənib
06:03 Londonda “donuz qripi”ndən ilk ölüm faktı qeydə alınıb
05:33 Kolumbiyada zəlzələ baş verib
05:11 Madonna səhnəyə çıxmadan əvvəl “Fatihə” surəsini oxuyur
04:32 Bəşər Əsəd Barak Obamanı təbrik edib
04:02 Seçkilərdə səs vermək üçün Bolqarıstana gedən türklər irqçilərin etirazı ilə qarşılaşıb
03:22 Londondakı yanğında ölənlərin sayı 6 nəfərə çatıb
03:01 Rəcəb Tayyib Ərdoğanın cangüdəni avtomobil qəzasında ölüb
02:47 Fransada qatar traktorla toqquşub, 13 nəfər yaralanıb
02:16 «Mən yaradıcılığım vasitəsilə Azərbaycanın tarixi ilə bağlı yalanları düzəltməyə çalışıram»
01:53 Sudanın Darfur əyalətində iki QHT işçisi oğurlanıb
01:44 Əfqanıstanda Kanada hərbçisi həlak olub
01:23 Londondakı 12 mərtəbəli binada yanğın: iki uşaq həlak olub
01:15 Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib
01:12 Sara Peylin Alyaska ştatının qubernatoru vəzifəsindən gedir
01:02 Maykl Ceksonla vida mərasimində yalnız biletlə iştirak etmək mümkün olacaq
00:06 Mixail Saakaşvili: “Müxalifətin hərəkətləri nəticəsində 20 min iş yeri itirmişik”
03.07.2009
23:30 Səudiyyə Ərəbistanında A/H1N1 virusuna yoluxanların sayı 100 nəfəri ötüb
23:16 Avropa Parlamenti Barrozu ilə bağlı qərarı təxirə salıb
23:04 Eressun körfəzində iki yük gəmisi toqquşub
22:55 Cənubi Koreya şımal qonşusu ilə müharibəyə hazırlaşır
22:48 "Ya Batumidəki kimi dəbdəbəli otelləri inşa edək, ya da Tiflisdəki kimi çadır şəhərcikləri"
22:20 "İçərişəhərlə bağlı aparılan siyasət davam etdiriləcək"
21:51 Rusiya ilə ABŞ hərbi əməkdaşlığı bərpa edir
21:28 Qaz tarifləri yenidən aşağı salına bilər
21:12 Bir qrup dənizçiyə "Tərəqqi" medalı verilib
21:05 Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti Bakıya gəlib
20:44 İtaliyadakı partlayış nəticəsində həlak olanların sayı artıb
20:40 Seulda Kim Çen İrin portretləri yandırıldı
20:33 Polşa prezidentinin Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb
20:23 Pakistanda hərbi helikopter qəzaya uğrayıb
20:15 Sankt-Peterburqda “Boeing-737” təyyarəsi qəzalı eniş etmək məcburiyyətində qalıb
20:11 Azərbaycan prezidenti amerikalı həmkarını ABŞ-ın müstəqillik günü münasibətilə təbrik edib
20:00 “Obamanın səfərindən çox şey gözləyirik”
19:54 Əfqanıstanda partlayış baş verib
19:44 Moskva Kuril adaları ilə bağlı məsələyə reaksiya verdi
19:36 Türkiyə XİN başçısı «Nabukko» layihəsini ölkəsinin enerji prioriteti kimi dəyərləndirib
19:25 Azərbaycanın Rusiyadakı səfiri Ermənistan prezidenti ilə görüşüb
19:20 Qusar rayonunda Dağıstan gəncləri günü keçiriləcək
19:08 Bakıda ilk dəfə olaraq milli kabab festivalı keçirilib
18:56 ABŞ və Rusiya hərbi yüklərin tranziti barədə razılıq əldə etməyi planlaşdırır
18:55 ABŞ Rusiyaya qarşı müharibəyə başlaya bilər
18:40 “Bakı”nın növbəti transferi Aleksandr Soliç oldu
18:26 Goranboyda Kəlbəcərdən olan məcburi köçkünlər üçün 596 evlik qəsəbə tikilir
17:55 Paralimpiyaçılarımız Avropa çempionatında mübarizəyə qoşulublar
17:33 İçərişəhər dövlət tarix-memarlıq qoruğu idarəsi «Meydan bazarı» adlı yeni layihəyə start verir
17:24 MTN Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərini qeyri-qanuni çap edən şəxsi həbs edib
17:22 Ermənistan Milli Konqresi paytaxt İrəvanda növbəti mitinqini keçirib
17:09 “Nabucco” üzrə saziş iyulun 13-də imzalanacaq
17:05 Kamara “Olimpik-Şüvəlan”la müqavilə imzalayıb
17:01 Mariya Kaçinska Azərbaycan muğamını dinləyib
16:51 Maykl Çeksonu əfsanəvi ABBA qrupu əvəzləyə bilər
16:46 Bakının bolşeviklərdən azad edilməsindən 91 il ötür
16:39 Britaniya səfirliyinin əməkdaşları məhkəmə qarşısına çıxacaq
16:30 Lex Kaçinski Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb
16:25 “İstənilən sülh müharibədən yaxşıdır”
16:22 ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri ilə görüşüb
16:03 Rəşid Qaysanov müvəqqəti olaraq İnquşetiyanın prezidenti olub
15:58 Dövlət buğda idxalına nəzarəti gücləndirəcək
15:47 Rusiyada qətl planı hazırlamaqda təqsirləndirilən həmyerlimiz həbs edilib
15:40 İyun ayında ərzaq məhsullarının qiyməti dəyişməyib
15:39 Yunusbəy Evkurov komadan çıxdı
15:38 Gəncə və Bakı şəhərlərində narkotik satışı ilə məşğul olan şəxslər tutulub
15:07 Dərinözüllü metro stansiyalarında köməkçi çıxışlar inşa ediləcək
15:04 Horadiz sakini Baş Mil su kanalında boğulub
15:01 Qarabağda səfərdə olan nümayəndə heyəti Serj Sarkisyanla görüşə yollanıb
14:46 Avropa Birliyi ümumi idarə orqanı yaradacaq
14:42 Azərbaycanlı pəhləvan erməni güləşçısını məğlub edib
14:39 Həftəsonu havanın temperaturu 32 dərəcəyə qalxacaq
14:36 Artur Rasizadə Rumıniyanın iqtisadiyyat naziri ilə görüşüb
14:29 Metrodakı ticarət obyektləri yığışdırılmayacaq
14:28 "Ermənistan ikitərəfli əlaqələrin bərpası istiqamətində Türkiyədən praktiki addımlar gözləyir"
14:25 Polad Bülbüloğlu Dağlıq Qarabağın separatçı rejimin prezidenti Bako Saakyanla görüşüb
14:21 Lex Kaçinski Şəhidlər Xiyabanını ziyarət edib
 
©  2006-2009 ANS-PRESS Rambler's Top100 Back to top ^^