|
Hadisə / 12.12.2008 14:01 Rusiyanın Murmansk vilayətində mədəndə partlayış baş verib, 12 nəfər ölüb
Hadisə mədən işsçilərinin yeni yeraltı yol salmağa hazırlaşarkən baş verib
Rusiyanın Murmansk vilayətində Rasvumçor mədənində partlayış baş verib. RİA Novosti agentliyinin məlumatına görə, partlayış nəticəsində 12 nəfər dünyasını dəyişib. Fövqəladə Hallar nazirliyinin əməkdaşları dağıntılar altından meyidləri artıq çıxarıblar. Partlayış nəticəsində həmçinin altı nəfər xəsarət alıb. Verilən məlumata görə, onların vəziyyəti qənaətbəxşdir. Faktla bağlı cinayət işçi açılıb. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|