|
Hadisə / 19.12.2008 01:06 Cənubi Koreya parlamentində dava düşüb
Gürz, elektrik mişarı və odsöndürənlərdən istifadə olunduğu qarşıdurmada bir nəfər xəsarət alıb
Cənubi Koreya parlamentində dava düşüb. ABŞ-la azad ticarətlə bağlı məsələnin müzakirəsi zamanı deputatlar bir-birilərinə qarşı gürz, elektrik mişarı və odsöndürənlərdən istifadə ediblər. Cənubi Koreya telekanallarının məlumatına görə, hakim partiyadan olan deputatlar saziş layihəsini parlament komitəsinin iclasında müzakirəyə çıxardığı vaxt müxalifətdən olan deputatlar yanğın əleyhinə avadanlıq və elektrik mişarlarından istifadə etməklə qapalı toplantının keçirildiyi otağıne qapısını sındırmağa cəhd göstərib. Təhlükəsizlik xidmətinin əməkdaşları isə müxalifətçi deputatları sakitləşdirmək üçün odsöndürənlərdən istifadə edib. Yaranan qarşıdurma nəticəsində bir nəfər xəsarət alıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|