|
Kriminal / 19.12.2008 12:05 Axtarışda olan Lalə Əliyeva həbs olunub
O, Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə maddəsi ilə axtarışda olub
Axtarışda olan Lalə Əliyeva həbs olunub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, L. Əliyeva Azərbaycan Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olub. Lalə ƏLiyeva Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|