|
Siyasət / 19.12.2008 12:14 Bu gün MDB dövlət başçılarının qeyri-rəsmi sammiti işinə başlayır
Toplantıda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova iştirak etməyəcək
Bu gün Qazaxıstanın Akmol vilayətində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti öz işinə başlayır. Bu dəfəki toplantıda Gürcüstan, Ukrayna, Azərbaycan və hətta keçən sammitdən MDB-yə sədrlik edən Moldova da iştirak etməyəcək. Qazaxıstanın Xarici İşlər Nazirliyindən «İnterfaks» agentliyinə bildirilib ki, zirvə görüşünə Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Türkmənistan prezidentləri dəvət olunub. Amma Özbəkistanın bu tədbirdə təmsil olunmayacağı bildirilir. Samit qeyri-formal xarakter daşıdığından, məsələlərin gündəlik və formatsız müzakirəsi nəzərdə tutulur. Görüşün gedişində prezidentlər əsasən regional əməkdaşlıqla bağlı aktual məsələləri, eləcə də dünya maliyyə böhranı ilə bağlı problemləri müzakirə edəcək. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|