|
Siyasət / 19.12.2008 12:39 “Norveç-Azərbaycan Gənclər Təşkilatı Azərbaycanı Norveçdə akademik səviyyədə təmsil edir”
Təşkilatın gördüyü işlər Norveçin universitet və xarici siyasətini müəyyənləşdirən əsas institutlarını əhatə etdiyini edir
“Norveç-Azərbaycan Gənclər Təşkilatının əsas məqsədi ölkəmizi Norveçdə akademik səviyyədə təmsil etməkdir”. Bunu ANS PRESS-ə açıqlamasında Norveç-Azərbaycan Gənclər Təşkilatının rəhbəri Ramil Əliyev deyib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat diasor olaraq müxtəlif sahələrdə işləyir. Təşkilat rəhbərinin sözlərinə görə, görülən işlər Norveçin bütün böyük universitet və təhsil ocaqlarını, həmin ölkənin xarici siyasətini müəyyənləşdirən əsas institutları əhatə edir. Təşkilatın əsas məqsədi Norveç yaşayan azərbaycanlılarını təşkilatlandırmaq, onların Norveç ictimaiyyətinə iteqrasiyasına yardımçı olmaq, Azərbaycanı tanıtmaq və iki ölkə arasında körpü rolu oynamaqdır. Bu il Azərbaycan lobbişiliyinin bəhrəsi olaraq 52 nəfər norveçli tələbə gəlib. Onlar zaqatalada tədbir çeçribNorveçdə ilk və yeganə Azərbaycan təşkilatı olduqlarını deyən R. Əliyev qeyd edib ki, Norveç-Azərbaycan Gənclər Təşkilatının başqa diospor təşkilatlarından fərqi audotiyalarının əksəriyyətinin əcnəbilər olmasıdır: “Biz bu pronsiplə işləyirik ki, özümüz özümüz üçün danışmayaq. Bu il Oslo Universitetində Azərbaycan və Norveç tələbələrinin konsertini və böyük konfransını təşkil etmişik. Tədbirdə Azərbaycanın Norveçdəki səfiri Rəfael İbrahimov da iştirak edib və Azərbaycanın Qafqazda gio-siyasi rolu barədə çıxış edib. Tədbirdə iştirak edən 250-300 nəfərin əksəriyyəti norveçli tələbələr, professorlar və dövlət işçiləri olub. Sonra Norveçin Xarici İşlər İnstitutunda Azərbaycanın cənubi qafqazdakı rolu mövzusunda konfrans təşkil etdik”. Təşkilat rəhbəri Norveçin paytaxtı Osloda “Azərbaycanın səsi” adlı radio verilişinin yayımlandığını vurğulayıb. Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|