|
İqtisadiyyat / 19.12.2008 16:11 Neftin qiyməti 35 dollara düşüb
ARDNŞ isə Azərbaycan neftinin 43 dollar 76 sentə satılması barədə məlumat verib
Bu gün dünya bazarında neftin qiyməti 10 faiz ucuzlaşıb. İndi birjalarda neftin bareli 35 dollara satılır. Neftin kəskin ucuzlaşdığı vaxtda Dövlət Neft Şirkəti dünənki hərraclarda Azərilayt markalı Azərbaycan neftinin 43 dollar 76 sentə satılması barədə məlumat verib. Ümumiyyətlə dünya bazarında neftin qiyməti 1 həftədə 22 faiz, dekabrın əvvəlindənsə 35 faiz ucuzlaşıb. Mütəxəssislərin fikrincə, OPEK-in neft hasilatının 2,2 mln. barel azaltması ilə bağlı son qərarı qiymətlərin tənzimləməsi üçün kifayət etmir. Hasilatın azaldılmasının bazara təsiri gələn ilin əvvələrində gözlənilir. Ekspertlər OPEK-in son qararına bütün üzv ölkələrin riayət edəcəyinə şübhə ilə yanaşır. Dünyanın maliyyə birjalarında isə avro ucuzlaşmağa başlayıb. Bu gün Avropa valyutasının məzənnəsi 2 sent düşərək 1 dollar 40 sent olub. Avropalı ekspetlərin fikrincə, qarşıdakı 3 ayda dollar 10 faizə qədər bahalaşacaq. Dolların bahalaşması fonunda qızıl qiyməti artır. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|