|
Siyasət / 19.12.2008 18:57 Edvard Nalbandyan Azərbaycanın işğal olunmuş ərazilərindədir
O, Xankəndidə Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşəcək, sonra isə mətbuat konfransı keçirəcək
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. ANS PRESS, Ermənistanın «Novosti-Armeniya» agentliyinə istinadən xəbər verir ki, nazirin Dağlıq Qarabağa səfəri qısamüddətli olacaq. O, Xankəndidə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşəcək. Sonra səfərin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|