Ölkədə orta aylıq əmək haqqı 238 manata çatıb
Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin eyni dövrü ilə müqayisədə maaşların məbləği 26,5% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 238 manata və ya 287 dollara çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin eyni dövrü ilə müqayisədə maaşların məbləği 26,5 faiz artıb.

Hökumətin proqnozlarına görə, ilin sonuna ölkə üzrə əmək haqqının orta məbləği 274 manata çatmalıdır. Statistika Komitəsi son 1 ayda maaşların 3,7 % artdığını, bunun isə aylıq inflyasiyadan 0,6 faiz çox olduğu barədə məlumat yayıb. Rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşı əldə etdiyi gəlirin 67,9 faizini gündəlik tələbat mallarına və xidmətlərin ödənilməsinə, təqribən 23 faizini isə yığıma yönəldir. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 19.05.2008 13:53

© anspress.com