Rusiyanın gənclər təşkilatı Azərbaycan və Gürcüstanı silahlı müdaxilə ilə hədələyir
Dmitri Medvedevin xarici siyasətini dəstəklədiyini bəyan edən Avrasiya Gənclər Birliyi hesab edir ki, ABŞ Rusiyanı Qafqazdan uzaqlaşdırmaq istəyir
Avrasiya Gənclər Birliyi (Ümumrusiya Gənclər Hərəkatı) Abxaziya və Cənubi Osektiyaya min silahlı könüllü göndərməyə hazırdır. Bu bəyanat təşkilatın Cənubi Osetiyada keçirilmiş qurultayında verilib. Bəyanatda bildirilir ki, AGB Rusiya ilə qardaşlıq telləri ilə bağlanan Cənubi Osetiyanı müstəqil dövlət sayır və qurultayın orada keçirilməsi təsadüfi deyil. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.07.2008 23:11 © anspress.com |