05.10.2023 ANS TV-nin videoxülasəsi II
1. Azərbaycan: Ordumuzun mövqeləri atəşə tutulub 2. Azərbaycan: Separatçılar həbs edilib 3. Azərbaycan: Kərkicahan qəsəbəsinin görüntü
05 oktyabr 2023-cü il tarixinə təsadüf edən, dünyanın ən vacib hadisələrinin videomündəricatı:
00:00 Kəlbəcərdə ordumuzun mövqeləri atəşə tutulub.
00:41 Qarabağda qanunsuz silahlı birləşmələr yaradaraq onların fəaliyyətini təşkil edən şəxslər həbs edilib.
01:28 Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin görüntüləri yayılıb.
02:06 Prezident İlham Əliyev İordaniya və Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.
03:07 Azərbaycan və Qazaxıstan hərbçiləri adanı şərti terrorçulardan təmizləyiblər.
03:45 Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasına rəsmi səfəri başlayıb.
04:39 Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qanadına qarşı əməliyyatları davam etdirir.
05:06 Təbriz sakinləri Azərbaycan bayrağını dalğalandırıb.
05:36 FHN və Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən birgə xüsusi təlim keçirilib.
06:27 Tayvanda 174,5 minə yaxın ev “Koinu” qasırğası səbəbindən elektrik enerjisinin kəsilməsi problemi ilə üzləşib.
07:14 İngiltərə paytaxtında “Sondheim” teatrında keçirilən “Səfillər” tamaşası zamanı qalmaqal yaşanıb.