08.11.2023 ANS TV-nin videoxülasəsi I
1. Azərbaycan: Zəfər Günü qeyd olunur 2. Azərbaycan: Xankəndidə hərbi parad keçirilib 3. Azərbaycan: İlham Əliyevin Kəlbəcər və Şuşa
08 noyabr 2023-cü il tarixinə təsadüf edən, dünyanın ən vacib hadisələrinin videomündəricatı:
00:00 Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur.
01:15 Xankəndi şəhərində hərbi parad keçirilib.
01:38 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Kəlbəcərə və Şuşaya səfər ediblər.
03:09 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin Zəfər yürüşü keçirilib.
04:00 Laçın şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub.
04:36 Gecə saatlarında Qəzza zolağı İsrail ordusu tərəfindən bombardmana məruz qalıb.
05:19 Fələstin Prezidenti Mahmud Abbasın maşın karvanına silahlı hücum edilib.
05:50 Sakit Okeanda sualtı vulkan püskürməsi yeni adanın yaranmasına səbəb olub.