XƏBƏRLƏR / Siyasət

2021-ci ilin dövlət büdcəsinin icrası müzakirəyə çıxarılıb

Milli Məclisin yaz sessiyasının son iclası gedir

2021-ci ilin dövlət büdcəsinin icrası müzakirəyə çıxarılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsinin icrası müzakirəyə çıxarılıb.

    “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

    Qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

    İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edirlər.

    Layihəyə əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub.