30 ton mərmiyə tab gətirən Tərtər
Bombardmanın ilk kadrları, hadisə yerindən yalnız ANS ÇM Cəbhə Briqadası tərəfindən təfərrüatı ilə lentə alınıb.
Oktyabrın 2-si erməni silahlı qüvvələri tərəfindən Tərtər şəhərinin üzərinə 30 tondan çox mərmi yağdırılıb. Bombardmanın ilk kadrları, hadisə yerindən yalnız ANS ÇM Cəbhə Briqadası tərəfindən təfərrüatı ilə lentə alınıb. Erməni artilleriyası sursata milyonlarla pul xərcləməsinə baxmayaraq, məqsədinə nail ola bilmir. Eyni zamanda, Azərbaycan artilleriyasının hər mərmisi tam şəkildə hədəfi vurur.