XƏBƏRLƏR / Siyasət

ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri istefaya getdi

Filip Riker yanvarın 5-də vəzifəsini tərk edir

ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri istefaya getdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Riker yanvarın 5-də istefaya gedir, Turan xəbər verir.

    Dövlət Departamentinin sözçüsü Ned Prays agentliyə bildirib ki, “...Onun ötən ilin sonuna kimi qısamüddətli əsasda bu vəzifəni tutacağı gözlənilirdi”.

    Prays bildirib ki, Rikerin gedişi ABŞ-ın Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə “heç bir halda xələl gətirmir”.

    Riker 30 ildən artıq müxtəlif vəzifələrdə, o cümlədən ABŞ-ın Böyük Britaniyadakı səfirliyində çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər o, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.