XƏBƏRLƏR / Siyasət

Aİ İrana qarşı yeni sanksiyalar paketini razılaşdırıb

Bu barərədə İsveçin xarici işlər naziri Tobias Billstrom xəbər verib

Aİ İrana qarşı yeni sanksiyalar paketini razılaşdırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İttifaqı insan haqlarının pozulmasına görə, İrana qarşı 4-cü sanksiya paketini qəbul edib.

    TASS xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının açıqlamasında deyilir.

    Yeni sanksiya siyahısına 18 fiziki və 19 hüquqi şəxs, o cümlədən SEPAH və onun müxtəlif vilayətlərdəki bölmələri daxildir.

    ***

    İsveçin Avropa İttifaqına sədrliyinin Twitter səhifəsində yayılan məlumata görə, Avropa İttifaqının xarici işlər nazirləri İrana qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

    “Xarici işlər nazirlərinin bugünkü iclasında İrana qarşı yeni sanksiyalar paketi qəbul edilib. Aİ İran hakimiyyətinin dinc nümayişçilərə qarşı qəddar və qeyri-mütənasib güc tətbiqini qətiyyətlə pisləyir.

    Aİ-də İsveç sədrliyi yeni məhdudiyyətlərin kimə qarşı tətbiq edildiyini dəqiqləşdirməyib.

    Yanvarın 19-da Reuters agentliyi mənbələrə istinadən xəbər verib ki, Avropa İttifaqı İranla bağlı sanksiya siyahısına 37 bənd daxil edəcək.