XƏBƏRLƏR / Siyasət

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin görüşü

Özbəkistan XİN bu barədə məlumat yayıb YENILƏNIB

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin görüşü
Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin görüşü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti 2022-ci il noyabrın 11-də Səmərqənddə keçiriləcək, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    ***

    Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb

    Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin I üçtərəfli görüşünün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

    Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    O qeyd edib ki, Daşkənd Bəyannaməsi türk dünyasının rifahını artıracaq və münasibətləri gücləndirəcək, eyni zamanda, bu mexanizm çərçivəsində konkret layihələr ərsəyə gələcək.

    ***

    Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan respublikaları xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

    Özbəkistan XİN-dən bu barədə verilən məlumatda bildirilir.

    Üçtərəfli görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edirlər.