XƏBƏRLƏR / Siyasət

Azərbaycan və Ermənistan baş nazirləri Tbilisidə görüşüblər

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb

Azərbaycan və Ermənistan baş nazirləri  Tbilisidə görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

    Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Görüş Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə keçirilib.

    Danışıqların təfərrüatları açıqlanmayıb. "İmedi" telekanalının məlumatına görə, üçtərəfli görüş bir neçə saat davam edib.