XƏBƏRLƏR / Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.

    Görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb.

    Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər.

    Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsində ətrafında müzakirələr aparacaqlar.

    Məlumata əsasən, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.