XƏBƏRLƏR / Neft və Qaz

“Azeri Light” ucuzlaşmaqda davam edir

"Azeri Light"ın 1 barelinin qiyməti 3,25 ABŞ dolları aşağı düşüb

“Azeri Light” ucuzlaşmaqda davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,25 ABŞ dolları, yaxud 3,49 % azalaraq 89,85 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.