Bərdəyə raket hücumu

Bərdə şəhərində, ilkin məlumatlara görə, 14 ölü, 40 nəfərdən çox yaralı var

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Bu gün saat 13.30 radələrində erməni artilleriyasının Bərdə şəhərinə atdığı raket zərbələrindən biri də yaşayış binalarından birinin ərazisinə düşüb. Binaya xeyli ziyan dəyib, xəsarət alan var. Binanın giriş qapısında qan və uşaq ayaqqabıları onu göstərir ki, insan tələfatı məhz bu ərazidə olub. Yenə də uşaqlar... Son məlumata görə, yaralılardan 2-si də vəfat edib və beləliklə, həlak olan mülki şəxslərin sayı, ilkin məlumatlara görə, 14 nəfərə çatıb.