XƏBƏRLƏR / İdman

“Bavariya” Almaniya Bundesliqasında ilkə imza atıb

Münhen təmsilçisi ölkə çempionatında 2 min oyun keçirib

“Bavariya” Almaniya Bundesliqasında ilkə imza atıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyanın “Bavariya” komandası Bundesliqa tarixində ilkə imza atıb.

    Münhen təmsilçisi ölkə çempionatında 2 min oyun keçirən birinci klub olub. Bunlardan 1189-u komandanın qələbəsi ilə yekunlaşıb.

    “Bavariya”nın ötən gün “Frayburq”la (2:2) oynadığı matç onun Bundesliqa tarixində 2 mininci oyunu olub.

    Qeyd edək ki, hazırda “Bavariya” 54 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 61 xalla Leverkuzenin “Bayer”i rəhbərlik edir.