Bayramov Laçın dəhliziylə bağlı Ermənistana xəbərdarlıq edib
XİN rəhbəri Ermənistanın dəhlizin üçtərəfli bəyanatda göstərilən məqsədlərini pozduğunu deyir

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib.
"Minalar Laçın dəhlizi ilə gətirilib və Azərbaycan ərazisinə yerləşdirilib. Bu, üçtərəfli bəyanatda göstərilən dəhlizdən istifadə məqsədləri ilə ziddiyyət təşkil edir və buna son qoyulmalıdır".