XƏBƏRLƏR / Siyasət

Blinken Paşinyana zəng vurub

ABŞ Dövlət Departamentinin katibi Ermənistanın baş naziri ilə Laçın yolunda vəziyyəti müzakirə edib

Blinken Paşinyana zəng vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken arasında telefon danışığı olub, Ermənistan hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

    Tərəflər bir aydan çoxdur azərbaycanlı fəalların etiraz aksiyasının keçirildiyi Laçın yolunda vəziyyəti müzakirə ediblər.

    İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşdırılması və regionda kommunikasiyaların bağlanması məsələsinə də toxunulub.