XƏBƏRLƏR / Siyasət

BMT TŞ-nın növbədənkənar iclasının müəmmaları EKSKLÜZİV

Keçmiş xarici işlər naziri Tofiq Zulfüqarov və politoloq Fərhad Məmmədovun ehtimalları

BMT TŞ-nın növbədənkənar iclasının müəmmaları EKSKLÜZİV
  • Oxuma müddəti:

    4 dəqiqə

  • BMT Təhlükəsizlik Şurası bu gün keçirəcəyi iclasda Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryanın 13 sentyabr 2022-ci il tarixli məktubunu müzakirə edəcək. Həmin məktubda Ermənistan Birləşmiş Millətlər Təşkilatının rəhbərliyinə müraciət edib. Həmin məktubda guya Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı təcavüzü yazılıb. 

    Erməni mətbuatı yazır ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Ermənistan avqustun 11-də Ermənistan Respublikasının guya "məcburi tam blokadaya alınması səbəbindən humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar" BMT Təhlükəsizlik Şurasına növbədənkənar iclas çağırmaq tələbi ilə müraciət edib. BMT-nin rəsmi saytında bugünkü iclas göstərilsə də, gündəm tamam başqadır.

    Beləliklə, BMT-nin saytında iki məqam göstərilir:

      Gündəliyin qəbulu,
      Ermənistanın BMT yanında daimi nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının sədrinə 13 sentyabr 2022-ci il tarixli məktubu (S/2022/688).

    Məktuba Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın tam şəkildə guya "sentyabr təcavüzünə həsr olunmuş məktubu əlavə olunub": “2022-ci il sentyabrın 13-də gecə yarısı Azərbaycan ağır artilleriya və PUA-lardan istifadə etməklə Ermənistan Respublikasına qarşı genişmiqyaslı təcavüzə başlayıb. Düşmənin hədəfi Geqarkunik, Vayots Dzor və Sünik vilayətləri istiqamətində ermənilərin döyüş mövqeləri və mülki infrastrukturu olub, çoxlu qurbanlar var və s.”.

    Sual yaranır, bu gün BMT nəyi müzakirə edəcək - Laçın dəhlizi yolu məsələsini, yoxsa 2022-ci ildə guya "Bakının sentyabr təcavüzünü"?

    Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan bu ilin avqust ayında BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubunda Ararat Mirzoyanın 12 iyul 2023-cü il tarixli məktubuna (Qarabağdakı vəziyyətlə bağlı) istinad edib, lakin həmin məktubda 13 sentyabr 2022-ci il yalnız BMT-nin gündəliyində göstərilib. 

    Erməni mətbuatı yazır: "Əgər belədirsə, deməli, bu görüşdən böyük gözləntilər boş ümidlərdir. Bu, bəlkə də daha pis perspektivlər vəd edən formallığa çevriləcək. Xüsusilə, son vaxtlar Nikol Paşinyanla danışıqlar aparan iki əsas ölkə, Türkiyə və Azərbaycan, Artsax xalqının Azərbaycana inteqrasiyasını dəstəkləmək üçün ER-yə təhdidlər edir. Onlar üçün bu, nəhayət, bu müqaviləni bağlamaq üçün çox əlverişli bir fürsət ola bilər. BMT-dən gözlənilən qeyri-müəyyən və mənasız bəyanatdan sonra Nikol Paşinyan və Arayik Arutyunyan deyə bilər: “Xalq, baxın, biz nə etmişiksə, dönməyə başqa yer yoxdur, hər şey bizim əleyhimizədir, yalnız inteqrasiya qalır...”.

    Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov


    Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ANS Press-ə müsahibəsində BMT TŞ-nın bu gün hansı tarixli məktuba baxmasının əhəmiyyətli olmadığını deyib: "Burada Laçın yolu da müzakirə oluna bilər və sair. Amma onu proqnoz edə bilərəm ki, BMT Təşhükəsizlik Şurası yalnız çağırışla kifayətlənəcək, hər hansı qətnamədən söhbət gedə bilməz!".

    politoloq Fərhad Məmmədov


    Politoloq Fərhad Məmmədov BMT Təhlükəsizlik Şurasının Ermənistanın 2022-ci ildə yazdığı məktub əsasında bu gün toplaşmağını qəribə sayır. "Bu gün axşam bütün oyunlar bəlli olacaq" - deyə Fərhad Məmmədov bildirib.