XƏBƏRLƏR / Münaqişə

BQXK-nın 18 maşını aksiya yerindən keçdi

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub

BQXK-nın 18 maşını aksiya yerindən keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

    Belə ki, 7 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. 

    Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 18-ə çatıb.