XƏBƏRLƏR / Münaqişə

Ceyhun Bayramov-Ararat Mirzoyan görüşünün vaxtı açıqlandı

Azərbaycan və Ermənistan XİN-ləri məlumatı təstiqləyib

Ceyhun Bayramov-Ararat Mirzoyan görüşünün vaxtı açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:30

    Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər orqanları rəhbərlərinin Cenevrədə gözlənilən görüşü ilə bağlı məlumatı təsdiqləyib.

    “Bildiyiniz kimi, bu il avqustun 31-də iki dövlət başçılarının Brüssel razılaşmasına əsasən, Azərbaycan tərəfi sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklifi ilə çıxış edib. Bununla əlaqədar qeyd etmək istərdim ki, 2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşünün keçirilməsi planlaşdırılır.

    ***

    10:02

    Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin görüş yeri və vaxtı məlum olub. Xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcəklər. Bu barədə məlumatı mediaya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Baahn Unonyan açıqlayıb.


    Xatırladaq ki, Ararat Mirzoyanla Ceyhun Bayramov sonuncu dəfə sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüşüblər.