XƏBƏRLƏR

ÇİNGİZİN REKVİEMİ YENİ İFADA

Gənc musiqiçi Turan Seyidbəyli Milli Qəhrəman Çingiz Mustafayevə həsr olunmuş məşhur Rekviemi yeni tərzdə ifa etdi.

  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə və ümumiyyətlə, Qarabağ şəhidlərinə həsr olunmuş bədii əsərlər arasında şəhid tele-jurnalistin dostu Rasim Müzəffərlinin 1992-ci ildə bəstələdiyi "Rekviem" musiqi pyesi xüsusi yer tutur.

    Çingiz Mustafayevin doğum günü ərəfəsində gənc musiqiçi Turan Seyidbəyli Milli Qəhrəmana həsr olunmuş məşhur "Rekviem"i yeni tərzdə ifa edib.

    Bəstəkar-şair Rasim Müzəffərli öz Feysbuk səhifəsində Turan Seyidbəylinin ifasını paylaşaraq, ona və bütün gənclərə Çingiz Mustafayevin xatirəsini əziz tutduqlarına görə minnətdar olduğunu yazıb.