“Dahilərin Divanı”: Mirzə Şəfi Vazeh

Bu veriliş ANS televiziyasında 01.05.2009-ci ildə çəkilib və yayımlanıb.

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mirzə Şəfi Vazeh  Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoq. Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirirdi. Vazeh "ifadəli, aydın" deməkdir. Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı. 
    Mirzə Şəfi Sadıq oğlu XVIII–XIX əsrlərin astanasında Gəncədə bənna Kərbəlayi Sadıqın ailəsində anadan olub. Şairin doğum tarixi tam aydın deyil. 
    Mirzə Şəfinin doğulduğu illərdə Rusiya imperiyası Gürcüstanı ələ keçirərək, ayrı-ayrı xanlıqları və bölgələri zəbt etməyə çalışırdı. Tezliklə Mirzə Şəfinin doğma şəhəri Gəncənin də işğal edilməsi baş verdi. 1804-cü ilin yanvarında Gəncə hücumla alındı. Bu hadisələr Mirzə Şəfinin ailəsinə ağır təsir elədilər. Xan tikililərin qurucusu olan atası Sadıq gəlir mənbəyini itirdi.
    "İfadəli, aydın" mənalarını verən Vazeh təxəllüsü altında Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Bundan başqa Vazeh poetik "Müdriklik dərnəyi"nə başçılıq etmişdir. Vazehin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatdan zövq almaq idi. Bəzi şeirlərində isə feodal cəmiyyətin eyiblərini göstərirdi, köləlik şəxsiyyətliyi və dini fanatizmin əleyhinə çıxış edirdi.