Ermənistan ərazisindən Azərbaycan şəhərlərinə raket hücumu

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 5:00 Tərtər rayonu və 07:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09:00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.